SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Virus və karantin geri qayıdır? - AKTUAL

Virus və karantin geri qayıdır? - AKTUAL

Tarix:

8-07-2022, 10:00

/ 431 dəfə oxundu.
Virus və karantin geri qayıdır? - AKTUAL

Son günlər dünyada koronavirusa yoluxma halları artıb.

Artıq bəzi ölkələr yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər görməyə başlayıblar.

İnfeksionistlər payıza doğru pandemiyanın yeni dalğasının gələcəyini bildiriblər.

Ölkəmizdə də COVID-19 infeksiyasına yoluxma sayında artım müşahidə edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Koronavirus infeksiyasına yoluxma sayının artması davam edəcəkmi? Təhlükə nə qədərdir? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cəbhe.info-ya danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, payıza doğru yoluxma sayında artımlar mütləqdir:

"Buna səbəb immun sisteminin getdikcə zəifləməsidir. Vaxt keçdikcə immun sistemi zəifləyir. Bu, təbii prosesdir. Onsuz da, payıza doğru müəyyən artımların olması gözlənilən idi. Ona görə bu, təbiidir və dalğalanma olur. Dünyada artım tendensiyası müşahidə olunur. Amma bu artımlar hələlik ciddi deyil, payızda ciddi ola bilər".

Həkim bu artımın karantin qaydalarının sərtləşməsinə səbəb olmayacağını vurğulayıb:

"Əvvəlki kimi xəstəxana şəraiti tələb edənlərin sayında artım müşahidə edilməyəcək. Səhiyyə sistemində əvvəlki kimi yüklənmələr gözlənilmir. Payız fəslində qripdə artımlar müşahidə edilir, bu da elə davam edəcək. Yoluxma sayında artım müşahidə edilsə də, karantin qaydalarının sərtləşdirilməsinə, məhdudiyyətlərin tətbiqinə ehtiyac olmayacaq"

Şərhlər

XƏBƏR LENTİ