SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ETSN Qəbələdə meşələrin kütləvi qırılmalarını araşdırmağa başladı

ETSN Qəbələdə meşələrin kütləvi qırılmalarını araşdırmağa başladı

Tarix:

17-02-2021, 12:50

/ 636 dəfə oxundu.
ETSN Qəbələdə meşələrin kütləvi qırılmalarını araşdırmağa başladı

“2017-ci ilin rəsmi qeydə alınmış məlumatına görə, Azərbaycanda 55 min kubmetr həcmində qanunsuz meşə qırılması halı qeydə alınıb. 2018-ci ildə bu rəqəm 28 min kubmetrə düşüb, 2019-2020-ci illərdə müvafiq olaraq 18 və 10 min kubmetrə enib. Ümumilikdə meşə qırılmalarının həcmi 5,5 dəfə azalıb ki, bu da Azərbaycan üçün çox böyük göstəricidir”.

Aktualinfo.org xatırladır ki,bu sözləri dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Nazirlik rəsmisi əlavə edib ki,”Meşələrin mühafizəsi və nəzarət baxımından müsbət dinamika var: “Bu baxımdan bizə köməklik edən vətəndaşlara da təşəkkür düşür. Ancaq təəssüf ki, bəzən sosial media üzərindən qərəzli, şəxsi ədavət üzərində qurulan, öz maraqlarına xidmət edən məlumatlar da yazılır. Biz belə müraciətlər sayəsində qanun pozuntularının qarşısını ala bilmirik. Mənbəyi bilinməyən məlumatlar işimizi ləngidir, vacib işimizi qoyub digər işlərlə məşğul oluruq ki, bəzən bu informasiyalar anonim olur, mənbəyi bilinmir. Bu, işimizə mənfi təsir edir”.

Xidmət rəisinin qeyd etdiyi kimi,son aylarda meşələrdə baş verənlərin qarşısının alınması məqsədi ilə nazirliyə müraciət edənlərin biri də, bir mətbuat orqanı olaraq Aktualinfo.org saytıdır. Amma heç bir qərəz olmadan və maraqlara xidmət etmədən.Qanunları pozanların da,şikayət edənlərin də ad,soyadlarını göstərməklə.

Elə saytımızda 12 fevral 2021-ci il tarixdə yayılmış “Oğuz, Qəbələ meşələrini kim daha yaxşı mühafizə edir? – ETSN, yoxsa yerli sakinlər” başlıqlı araşdırma yazıda da Oğuz və Qəbələ rayonlarındakı meşə və parklarda baş vermiş qanunsuz ağac kəsimləri,maliyyə maxinasiyaları,yerli əhalinin məcbur olub təbiətin müdafiəsinə qalxmasından və bu zaman baş vermiş insidentdən ictimaiyyəti məlumatlandırmışdıq.İki gün əvvəl Oğuz Rayon Polis Şöbəsindən aldığımız məlumatdan aydın olur ki, nəhayət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Oğuz Şöbəsinə qaldırılmış məslənin yerində araşdırılması və tədbir görülməsi tapşırılmışdır. Eləcə də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı Qəbələ rayonuna ezam olunmuş, yazılanların yerində araşdırılması üçün ETSN-nin Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzində araşdırmaya başlamışdır. Doğrusu, sayt əməkdaşları olaraq araşdırma yazısına belə operativ reaksiya göstərilməsi bizi həm təəccübləndirdi, həm də sevindidrdi. Sevindirdi ona görə ki, nəhayət Oğuz və Qəbələ zonasında meşə fonduna vurulan külli-miqdard ziyanlara heç olmasa bir az fasilə veriləcək. Bir daha xatırlamaq yerinə düşərdi ki, adının çəkilməsini istəməyən Oğuz rayonundan olan yük avtomobili sürücülərinin verdikləri məlumatlara görə 2020-ci ilin yayında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində onlarla və digər tabe rayonlardakı sürücülərlə guya təbii qazla təchiz edilməyən kəndlərdə yerləşən rayon daxilindəki dövlət müəssisələrinə meşələrdən oduncaqlar daşınması üçün hər ay 2500-3000 manat maaş verilməklə 3 aylıq formal əmək müqaviləsi bağlanmış,hər ay onların avtomobilinə 3000 manat dəyərində yanacaqla təmin olunmaları üçün sənədləri imzalatmışlar. Aylıq maaşlar kartlarına daxil olan gün Regional Meşə Təsərrüfatı Mərkəzi işçiləri hər rayon üzrə saxta müqavilə bağlanmış 5-6 sürücünü Qəbələ şəhərindəki bankomatlara dəvət edərək hesaba köçürülən pulların onlara verilməsini tələb ediblər. Beləliklə, Qəbələ Regional Meşə Təsərrüfatına tabeçiliyində olan hər rayon üzrə təxminən əldə edilən 120000 manat pul Mərkəz rəisi və əməkdaşları tərəfindən mənimsənilmişdir.

Bu məsələ ilə bağlı 15 fevralda Qəbələ rayonuna ezam edilmiş ETSN əməkdaşları Meşə Təsəsrrüfatı Mərkəzində olarkən ilk sualları bu olmuşdur ki, Oğuzdan olan yük avtomobil sürücüləri kimlər olmuşlar? Müzakirədə iştirak edən yerli sakinlər bu səlahiyyət sahiblərini baş salmışlar ki. biz hardan bilək ki, yay mövsümündə Oğuzdan, Qəbələdən, İsmayıllıdan olan odun materialı daşıyan sürücülərin adı, soyadı nədir. Əgər doğrudan da bilmək istəyirsinizsə mühasibatdan alın 2020-ci ilin əmək müqaviləsi bağlanan şəxslərin siyahısını və iyun-avqust ayları üçün əmək müqaviləsi bağlanmış sürücülərin adlarını oxuyun,kimlərin adına bank kartları açılıb və vəsit köçürülüb,öyrənin. Bu təklif dövlət məmurlarının da ağıllarına batmışdır.

“Şahdağ Milli Park”ının Qəbələ Şöbəsində bu yaxınlrda baş vermiş insidentlə bağlı apardığımız araşdırmanın davamı olaraq onu bildirək ki, ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri olan Alim Əlizadə vaxtilə ETSN Yaşıllaşdırma İdarəsində birlikdə işlədiyi dostu olan Yaqub oğlu Akiflə ( ETSN Qəbələ “Şahdağ Milli Park”ının direktoru olmuş, hazırda 6 saylı Regional Ekologiya İdarəsinin rəisidir) və Oğuz Meşə Təsəsrrüfatı İdarəsi müdiri olan Kənan adlı şəxslə gizli sövdələşərək 2020-ci ildə Abrıx kəndi yaxınlığındakı Şahdağ Milli Parkı ilə meşə ərazisinin sərhəd zonasını 20 000 AZN pul müqabilində bir işbaza satmışlar. Bu gün bizə məlum olmuşdur ki, həmin işbaz Qəbələ rayonun Uludaş kənd sakini Seyid adlı bir sahibkardır. Bu sahibkar Şahdağ Milli Parkına yaxın kənddə yaşadığına görə o doğma qardaşının evinin həyətində uzun müddətdir ki, 5-6 ədəd müxtəlif funksiyaları yerinə yetirən taxta-şalban sexi üçün lazım olan avadanlıqları alıb quraşdırmış və sifarişlər əsasında yaş ağacların emalı işi ilə məşğul olmuşdur. ETSN Qəbələ Regional Meşə Təsərrüfatının müdiri ilə 20 000 manat məbləğinə park və meşə ərazisinin bir hissəsini satın alaraq oraya ağır texnikanın köməkliyi ilə ağacların kəsilib daşınması üçün avtomobil yolu açmağa cəhd etsə də Abrıx kənd sakinləri etiraz yürüşü keçirmiş və sepli traktorun meşə ərazisinə girişinə imkan verməmişlər. Hətta əlbəyaxa dava da olmuşdur. Baş vermiş insidentlə bağlı hazırda Qəbələ rayon Prokurorluğunda araşdırma davam edir. Doğrudur, sonradan iş adamı Seyidin pulunun yarısı qaytarılsa da, qalan hissəsinin yerinə isə Oğuzun Muxas kəndindi yaxınlığındakı meşə dolayından diametri 55 sm olan palıd ağaclar 60 sm uzunluğunda doğranaraq URAL atomobili ilə Seyidin Qəbələnin Uludaş kəndindəki qanusuz taxta sexinə daşınması təmin edilib. Yanvar ayında Oğuz rayon polis Şöbəsi əməkdaşlarına yerli sakinlərin etdikləri şikayətlərdən sonra üstü təzə kəsilmiş palıd oduncaqları ilə bərabər Şöbənin həyətinə aparılsa da bundan dərhal xəbər tutan ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri Alim Əlizadə özünü çatdırmış və nazirliyin adından tərtib edilmiş hansısa sənədi polislərə göstərməklə kontrabanda yükü xilas edərək Qəbələyə gətirmiş və ünvanına çatdırmışdır. ETSN səlahiyyətlisi A.Əlizadə “Şahdağ Milli Parkı”nda baş vermiş cinayət əməlini ört-basdır etmək üçün yanvarın axırınadək tez-tez Nazirlikdəki himayədarlarının yanına gedib gəlməli olmuşdur. Amma iş deyəsən əvvəlki kimi asan həll olan məsləyə oxşamır. Son məlumata görə cənab Əlizadə müdir postuna keçdiyi və yenicə aldığı, dəyəri 90 000 manat olan, 99-211 dövlət nömrə nişanlı “Rang Rover” markalı ağ rəngli avtomobilini və dəyəri 120 000 manat olan, 2 qapılı son model “Pajero” markalı avtomobilini satışa çıxarmış, özü isə xidməti avtomobildən istifadə etmək zorunda qalmışdır. Maraqlıdır,ETSN-də də bir məmur tapılmır soruşsun ki, ay Əlizadə Alim sən müdir olduğun 9 ay ərzində iki ədəd ən bahalı xarici avtomobilə necə sahibləndin?

Hesab edirik ki, dünənki çıxışından sonfra nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə də kimlərəsə arxalanaraq Qəbələ rayon Şahdağ Milli Park ərazisindəki qiymətli meşə ağaclarının satılması üçün işbazlarla gizli müqavilə bağlamış Mərkəz müdiri A.Əlizadənin törətdiyi korrupsiya əməllərinə tezliklə hüquqi qiymət verilməsı lazımi orqanlara müraciət edəcək. Onu da xatılatmaq yerinə düşər ki, Oğuz rayon, Tayıflı kəndi yaxınlığında ETSN layihəsi və 100 000 manat vəsiti əsasında salınmış qoz bağı niyə 2020-ci ilin payızında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin göstərişi əsasında qanunsuz şumlanaraq məhv edilmiş və bu ərazi əsassız olaraq yerli bələdiyyə sədrinə taxıl əkilməsi üçün satılmışdır. Eləcə də həmin kəndin kənarında yerləşən digər 7 ha yabanı meşə zolağı da şumlanaraq taxıl əkilməsi üçün kənar fiziki şəxsə icarəyə verilmişdir. ETSN-nin rəsmi qurumunun araşdırmaları zamanı faktlar təsdiqini tapsa da nəyə görəsə 13 ha meşə və qoz bağının məhv edilməsinə və dövlətə vurulmuş zərərə görə cənab A.Əlizadə məsuliyyətə cəlb edilməmişdir.?! Qeyd edək ki,Oğuz rayonun Tayıflı kəndində salınan qoz bağının şumlanmasına da, son aylar təkcə Qəbələ regionundakı meşələrin barbarcasına dağılmasına da nədənsə yerli hüquq-mühafizə və İcra Hakimiyyəti orqanları özlərini passiv tamaşaçı kimi aparırlar. Sanki bəşəri cinayət hesab edilən bu vandalizmə qarşı yerli dövlət orqanları gücsüz və təsirsizdirlər.

BƏS QANUNVERİCİLİYİMİZ NƏ DEYİR? Əslində təkcə qanunsuz ağac kəsmə epizodu faktına görə Oğuz və Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmalı idi. Baş vermiş cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilməli idi. Amma yenə də inanırıq ki, tezliklə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən adı dəflərlə Qəbələ regionunda yerləşən meşələrin məhv edilməsində hallanan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin törətdiyi maliyyə maxinasiyaları və korrupsiya əməlləri barədə arxasında duranların kimliyindən asılı olmayaraq qanunmüvafiq tədbirlər görəcəkdir. Araşdırmalarımız davam edir.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ