SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Meşələri qıran deputat atası 65 min manat cərimələndi

Meşələri qıran deputat atası 65 min manat cərimələndi

Tarix:

8-06-2021, 22:14

/ 570 dəfə oxundu.
Meşələri qıran deputat atası 65 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti deputat Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması ilə bağlı iddialara cavab verib.
APA-ya istinadən verdiyimiz xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, nazirlik Xaçmazın Fərzəlioba kəndində ağacların qırılması ilə bağlı mayın 25-dən etibarən cərimələrə başlayıb: “İlk olaraq 7000 manat cərimə, mayın 31-də 25000 manat, iyunun 2-də 33040 manat cərimə tətbiq edilib. İki gecə bizim əməkdaşlar həmin ərazinin mühafizəsini həyata keçirib. Bu gün həmin işin dayandırılmasına qismən nail olmuşuq. Bütün sənədlər Xaçmaz rayon Prokurorluğuna təqdim edilib”.

Şərhlər

XƏBƏR LENTİ