SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt sakinləri nədən narazıdır? - Müraciət...

Sumqayıt sakinləri nədən narazıdır? - Müraciət...

Tarix:

8-02-2021, 13:34

/ 693 dəfə oxundu.
Sumqayıt sakinləri nədən narazıdır? - Müraciət...

Sumqayıt şəhər sakini Elnur Əliyev yaşadığı ərazidəki piyada keçidinin təhlükəli olması ilə bağlı “MediaPost”a şikayət ünvanlayıb.

O, müraciətində Sumqayıt şəhərində 9-cu mikrorayon ilə 11-ci mikrorayon arasındakı ərazidə avtomobillərin piyada keçidində piyadalara yol vermədiyini deyib. Elnur Əliyevin sözlərinə görə, piyadalar bəzən yolu keçmək üçün dəqiqələrlə gözləmək məcburiyyətində qalır.

Ərazidəki sakinlər də dəfələrlə həmin küçədə piyadavurma hadisələrinin baş verdiyini söyləyib. Vətəndaşlar Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, problemin həll olunmadığını bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Elşən Qənbərov isə “MediaPost”a açıqlamasında söyləyib ki, bu problemi yalnız Dövlət Yol Polisi İdarəsi həll edə bilər:

Baş Dövlət Yol Polisi İdarəsindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar problemin həll olunması üçün rəsmi qaydada ərizə ilə idarəyə müraciət etməlidirlər.

Məlumatda həmçinin qeyd olunub ki, ərizəni yazan şəxslər həmin küçənin dəqiq adını qeyd etməlidirlər ki, məsələ araşdırılsın.

Şərhlər

XƏBƏR LENTİ