XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...

Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...

Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...
6-01-2021, 13:11

Gəncə şəhər Türklər qəsəbə sakini 1990-cı il təvəllüdlü Qocayev Xəqani German oğlu “MediaPost”a müraciət ünvanlayıb.
Şuşa uğrunda döyüşlərdə qəlpə yarası alan Xəqani Qocayev yaşadığı mənzilin şəraitinin pis vəziyyətdə olduğunu deyib.
Xəqani Qocayev “MediaPost”a bildirdi ki, evləri 30 kvadratmetrdir. Birinci Qarabağ müharibəsi əlili olan atası və bacısı həmin evdə yaşayır. Ev çox kiçik olduğundan o, hazırda yoldaşı və iki qızı ilə qayınanasının evində yaşayır.
Qazimizin atası German Qocayev deyir ki, döyüşlər nəticəsində oğlunun sol gözündə və danışığında da problemlər yaranıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən “MediaPost”un sorğusuna cavab olaraq bildirildi ki, ailəyə ərzaq yardımı, uşaqları üçün geyim və oyuncaqlar təqdim olunub. Bundan əlavə, Kəpəz bələdiyyəsi qazini ziyarət edib, ailəyə həm maddi, həm də ərzaq yardımı göstərilib.
Qazinin yaşadığı evinin təmir olunub-olunmayacağı ilə bağlı icra hakimiyyətindən konkret bir söz deyilməsə də, məsələnin diqqətdə saxlanıldığı bildirilib.
Xəqani Qocayevin yoldaşı icra hakimiyyətindən 3 dəfə olmaqla ümumilikdə 320 manat məbləğində maddi yardım göstərildiyini söyləyib.
“MediaPost” həmçinin Xəqani Qocayevin şikayəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “Yaşat” fonduna müraciət ünvanlayıb.
Ötən gün Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Xəqani Qocayevin qeydiyyatda olduğu evə baxış keçiriblər. German Qocayev fondun əməkdaşlarına oğlunun başqa ünvanda yaşadığını bildirib. Ailədən verilən məlumata görə, hələlik komissiya üzvləri digər ünvanda olmayıblar.
“Yaşat”Fondundan “MediaPost”a bildirilib ki, bütün qazi və şəhid ailələrinin siyahısı hazırlanıb və onların şikayətləri aidiyyəti şöbələrə yönləndirilərək araşdırılır. Həmçinin qeyd edilib ki, problem yaxın müddətdə həll olunacaq.
Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.