XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT

"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT

"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT
13-07-2017, 10:36

Kənd Təsərrüfatı Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində də ənənəvi kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları təşkil edilir. Həftənin şənbə və bazar günlərində, 12-ci mikrorayon ərazisində təşkil olunan yarmarkalarda respublikanın ayrı-ayrı rayonlarından kənd təsərrüfatı məhsulları satışa çıxarılır.

Lakin şəhər sakinləri arasında yarmarkalara münasibət heç də birmənalı deyil. Xüsusən də yarmarka müddətində satışa çıxarılan məhsulların qalıqlarının qalaqlanaraq əraziyə toplanması nəticəsində yarmarkadan geriyə şəkildə gördüyünüz mənzərə qalır. Fotolardan da göründüyü kimi həm alıcılar, həm də satıcılar şəhərimizin təmizliyinə etinasız yanaşdıqları üçün yarmarkanın keçirildiyi ərazi kağız və polietilen tullantılarla, meyvə-tərəvəz qalıqları ilə çirkləndirilir. Bu vəziyyət isə duyarlı vətəndaşlarımızın haqlı narazılıqlarına səbəb olur.

Fotoları şəhər sakini Ülvi Quluzadə göndərib. O problemin həlli üçün təkliflərini də bildirib. Belə ki, bunun üçün satılan məhsulların tullantıları lazımi qaydada toplanaraq, yarmarka ərazisindən kənarlaşdırılmalı, tullantı qutularının sayı artırılmalı, əraziyə zibil atanlara qarşı cərimələr tətbiq olunmalıdır.

Təəssüflə bildiririk ki, sakinlərin şikayətlərinə rəğmən bu hallar uzun müddətdir ki, davam edir.

Ümid edək ki, bu dəfə aidiyyəti qurumlar, satıcılar və alıcılar bu məsələyə daha həssas yanaşaraq problemin həllinə nail ola biləcəklər.

yenisumqayit.az
"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT
"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT
"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT
"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT
"Sumqayıt yarmarkasının yerini dəyişin" - SAKİNLƏRDƏN ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.