SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Hər yer palçıq, it leşləridir, icra hakimiyyəti isə maraqlanmır” - GİLEY

"Hər yer palçıq, it leşləridir, icra hakimiyyəti isə maraqlanmır” - GİLEY

Tarix:

24-02-2021, 20:04

/ 608 dəfə oxundu.
"Hər yer palçıq, it leşləridir, icra hakimiyyəti isə maraqlanmır” - GİLEY

Xəzər rayonu Binə qəsəbə sakini Ramiz Heybətzadə “MediaPost”a şikayət ünvanlayıb.

O, qəsəbə ərazisində parkın olmamasından və natəmizlikdən gileylənib. Şikayətçi küçədə zibilliklərin və it leşlərinin olmasından narazılıq edib. R.Heybətzadə icra hakimiyyətinin vəziyyətlə maraqlanmadığını deyib.

“MediaPost” məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-in Sənədlərlə və Vətəndaşların şikayətləri ilə iş şöbəsinin müdiri Tahirə Rzayeva “MediaPost”a açıqlamasında sakinlərin onlara müraciət etmədiklərini bildirib. Şöbə müdirinin sözlərinə görə, qəsəbədə park olmaması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:

“Orada təzə park salmışıq. Necə yəni park yoxdur?! Oradakı yeni parkda uşaqlar üçün attraksionlar quraşdırılıb, ağaclar əkilib. Həmin qəsəbədə başqa parklar da var. Hər addımbaşı park olmur ki. Hər qəsəbədə iki-üç park olur”.
İcra hakimiyyətinin rəsmisi qəsəbədə natəmizliklə bağlı şikayətlə əlaqədar söyləyib ki, problemin aradan qaldırılması üçün vətəndaşlar İH-in qaynar xətlərinə və müvafiq şöbələrinə zəng edərək məlumat verməlidirlər. Şöbə müdiri dəqiq ünvan qeyd edilərsə, ətraflı məlumat verilərsə, problemin aradan qaldırılacağını söyləyib.

Vətəndaşlar şikayətlərini BU LİNKƏ daxil olaraq qeyd edilən nömrələrlə əlaqə saxlayaraq söyləyə bilərlər.

Şərhlər

XƏBƏR LENTİ