XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İcra başçısı şəhid ailələrini ziyarət etdi

İcra başçısı şəhid ailələrini ziyarət etdi

İcra başçısı şəhid ailələrini ziyarət etdi
20-01-2021, 17:50

20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin rəhbər şəxsləri 20 yanvar şəhid ailələri ilə birgə Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişlər.

Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad edilmiş, 20 yanvar şəhidlərinin qəhrəmanlığından söhbət edilmişdir. Həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılmış, xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildimişlər. İstər 20 yanvar, istər I Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhid ailələrinə hər zaman olan dövlət diqqəti və qayğısının olduğu xüsusilə vurğulanmış, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirmişlər. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.

Bütün şəhid ailələrinin və qazilərin hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Azərbaycanınn suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər.

Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas isiqamət olaraq qalacaqdır.
İcra başçısı şəhid ailələrini ziyarət etdi



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.