XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev qazilərlə görüşdə iştirak etdi - FOTOLAR

Abdin Fərzəliyev qazilərlə görüşdə iştirak etdi - FOTOLAR

Abdin Fərzəliyev qazilərlə görüşdə iştirak etdi - FOTOLAR
3-04-2021, 15:17

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. 
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları daim Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları və rayon gəncləri tərəfindən şəhid ailələrinə, qazilərə mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.
Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə növbəti görüş Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirakı ilə 3 aprel 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətində karantin qaydalarına tam riayət edilməklə keçirilmişdir. Görüşün keçirilməsində məqsəd Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində iştirak edən qazi və ordudan təxris olunmuş gənclərimizlə mütəmadi keçirilən görüşləri davam etdirmək, göstərdikləri şücaətlərin əsl qəhrəmanlıq olduğunu diqqətə çatdırmaq və onlara dövlət qayğısını göstərməkdən ibarət olmuşdur. Görüşdə qazilərin və Müharibə iştirakçılarının qayğıları dinlənilmiş, onların həlli üçün göstərişlər verilmişdir.
Görüşdə Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılmış, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri və müharibə iştirakçıları bu diqqətə görə minnətdarlıqlarını bildirmişlər.




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.