Abşeronda şəhidlərin anım günləri keçirildi - FOTOLAR
Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin anım günləri qeyd edilir.
Xalqxeber.az xəbər verir ki, Şəhidlərimiz - Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev, Afiq Qulamlı, Rəşid Baxşəliyev, Nicat Qarazadə, Fərid Məmmədov, İlkin Xosrovzadə, Gülverdi Qasımov, Nemət Abbasov, Hüseyn Nəcəfzadə, Fərid İlyasov, Azər Salmanov, Qadir Heydərov,Rauf İbadov,Ziyəddin Rəşidov, İsgəndər Dövlətli, Fərrux Abbasov anım günlərində yad edilib. Göstərdiklərə şücaət və qəhrəmanlıqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş şəhidlərimizin anım günlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Görüşlərdə və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi qələbədən, xalqımızın və ordumuzun birləşərək düşmənə döyüş meydanında vurduğu sarsıdıcı zərbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışılmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilib.
Abşeron rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayan RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət edib.
Şəhid ailələri və qazilər də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulamış,göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?