XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı

"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı

"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı
14-08-2020, 09:36

Texnika malları satılan satış yerləri açılar-açılmaz müştəri şikayətləri də start götürüb. DİA.AZ olaraq belə gileylərdən birini təqdim edirik. Bakı sakini Zamin Namaov digər alıcıları da uyayaraq qeydlərini bölüşür:

"Şikayətim "İrşad Telekom"dandır. Bir qəpiklik müştəri xidmətləri və servisləri yoxdur. "Blutuz" qulaqlıq aldım, doğru-düzgün işləmir. Hətta mən alarkən stokda da yox idi, mənə vitrindən verdilər. Verdim 14 gün ərzində servisə. Onlar isə mikroskop altında bir cızıq tapıb, özlərinə haqq qazandırdılar. Nə isə... dedilər ki, "yoxladıq, işləyir..." Əgər başqa şikyətim varsa, mənə məsləhət gördülər ki, Baş Ofisə gedib orda qırğın-dava açım. Belə şeylərə isə nə halım, nə də vaxtım yoxdur. Yenə də eyni problemlər yaranır...

Zəng vurdum müştəri xidmətinə, o da şikayətimi aldı ki, guya kiməsə yönəldəcək və s. Nəticəsi isə budur ki, bundan sonra "İrşad Telekom"dan nəsə almaram. İlk və son dəfəm oldu. Məqsədləri əgər təkcə satışdırdısa, müştərini aldadıb satmaqdırsa, o zaman heç nə... Deyəcək söz yoxdur. Heç kimə də "İrşad Telekom"u məsləhət görmürəm..."

Müştəri iddiaları ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq..
"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.