“”İrşad Electronics”dən mobil telefon almayın” – Şirkətə qarşı ciddi İDDİA
Bakı sakini Nərmin Rüstəmli şirkətdə satılan mobil telefonların hamısının deffektli olduğunu iddia edir. Belə ki, şikayətçi ailə üvzünün oradan aldığı mobil telefonda ciddi problem yarandığını, amma “İrşad”ın onlara köməklik göstərmədiyini söyləyir.
“Bacım “İrşad”dan “Xiaomi” “Mi 1” model mobil telefon aldı. Apardıq qaytarmağa, dedilər, guya zədəsi var. Amma 100 faiz heç bir zədə olmayıb. Satıcılar belə bunu sübut edən hər hansı bir iz tapmadı. Nəysə, deməyim odur ki, buradan telefon alıb əsəblərinizi pozmayın. Əvvəllər “İrşad”dan “Qızıl” zəmanətlə çox telefon almışıq. İndi bilirlər ki, bu qaydada satsalar alınan mallar geri qaytarılacaq, ona görə zəmanətlə verilmir” – Nərmin xanım bildirir.
Şikayətçinin ittihamları ilə əlaqədar “İrşad Electronics” şirkətindən minval.info-ya açıqlama verilib:
“Bizdə “Qızıl” zəmanət 3-4 il bundan əvvəl verilirdi. Bütün telefonlar əla ola bilməz ki, deffektin hər bir məhsulda meydana çıxma ehtimalı var. Başqa şirkətdə satılan mobil telefonlarda da problemin olmağı istisna deyil. Zavod istehsalında nasazlıq varsa, əlbəttə, müştəriyə köməklik göstərilir. Bəzən bu proses uzun çəkdiyindən narazılıq yaranır. Müştəri malın deffektli satıldığını söyləməyə başlayır”.
//Minval.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək