SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Pandemiya ilə mübarizə aparan həkimlər PREZİDENTDƏN XAHİŞ ETDİLƏR... - "...göstəriş verməyinizi Sizdən xahiş edirik"

Pandemiya ilə mübarizə aparan həkimlər PREZİDENTDƏN XAHİŞ ETDİLƏR... - "...göstəriş verməyinizi Sizdən xahiş edirik"

Tarix:

11-08-2020, 10:43

/ 1 226 dəfə oxundu.
Pandemiya ilə mübarizə aparan həkimlər PREZİDENTDƏN XAHİŞ ETDİLƏR... - "...göstəriş verməyinizi Sizdən xahiş edirik"

"Cənab Prezident! Bildiririk ki, 2020-ci ilin əvvəlindən etibarən bütün dünya ölkələri kimi, bizim ölkəmiz də COVİD-19 pandemiyasına qarşı mübarizəyə başlamışdır. Sizin də rəhbərliyiniz ilə ölkəmiz bu ağır sınaqda bütün güclərini səfərbər edir və pandemiyaya qarşı nümunə təşkil edən mübarizə formasını bütün dünya ölkələrinə nümayiş etdirir". DİA.AZ bildirir ki, bu sözlər pandemiyaya qarşı mübarizənin ön sıralarında dayanan bir qrup həkimin Prezident İlham Əliyev cənablarına ünvanladıqları müraciətlərində yer alıb.

Redaksiyamızın elektron ünvanına göndərilən müraciətdə daha sonra bildirilir: "Sizin də öz çıxışlarınızda qeyd etdiyiniz kimi,bu mübarizədə ən böyük yük həkimlərin üzərinə düşür. Belə ki, biz həkimlər hər birimiz işlədiyimiz müəssisələrdə gecə-gündüz xidmət göstərməklə COVİD-19 pandemiyası ilə mübarizə aparmağa, ölkəmizi bu ağır bəladan qurtarmağa çalışırıq və daim çalışacağıq. Biz əlimizdən gələni əsirgəməyəcəyik, xalqımızın sağlamlığı üçün son dəqiqəyə kimi bütün fədakarlığı göstərməyə hazırıq.

Qeyd etmək istəyirik ki, COVİD-19 pandemiyası ilə mübarizə səbəbindən yaranan gərginlik və ağır şəraitlə əlaqədar, rezidenturaya qəbul üzrə keçirilən bu ilki imtahanlara hazırlaşmaq mümkün olmamışdır. Belə ki, biz həkimlərin bütün vaxtı və enerjisi pandemiya ilə mübarizəyə həsr edilmişdir. Məhz bu səbəbdən, bu il rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edən namizədlərin yarısından çoxu müəyyən edilmiş keçid balını toplaya bilməmişdir.

Əlavə olaraq bildiririk ki, bu müraciətimiz imtahanda iştirak etmiş 122 nəfər həkim tərəfindən imzalanmış, Sizə və digər aidiyyəti qurumlara göndərilmişdir.

Təkrar olaraq həmin müraciəti əlavə qoşmada Sizə göndərməklə, bizim müaciətimizi nəzərə almağınızı, rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə bu ilki keçid balının müəyyən qədər aşağı salınması barədə göstəriş verməyinizi Sizdən xahiş edirik.

Bir daha biz həkimlərə öz dəstəyiniz və inamınız üçün Sizə təşəkkürümüzü bildiririk".

Şərhlər

XƏBƏR LENTİ