SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan COVID-19 pandemiyası ilə bağlı təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir

Azərbaycan COVID-19 pandemiyası ilə bağlı təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir

Tarix:

28-02-2022, 14:59

/ 329 dəfə oxundu.
Azərbaycan COVID-19 pandemiyası ilə bağlı təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir

 
COVID-19 bütün dünyanı başına alan qlobal problemdir. Ona görə pandemiya ilə mübarizədə bütün ölkələrin həmrəyliyinə nail olunmasının vacibliyi ilk gündən meydana çıxan çağırış idi. Bu çağırışı ilk dəyərləndirən isə möhtərəm Prezident İlham Əliyev oldu.
Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.  Məhz cənab İlham Əliyev koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin əldə olunması üçün təşəbbüslərlə çıxış etdi. 
Bu günə qədər bu sahədə görülmüş işlərin davamı olaraq bu ilin fevral ayının   25-də BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda tematik müzakirəsi keçirilmişdir. İclasda çıxış edən cənab Prezident İlham Əliyev COVİD-19 la mübarizədə Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri, peyvəndlərin ədalətsiz bölgüsü, “peyvənd millətçiliyi” və Azərbaycanın qlobal humanitar missiyası kimi vacib mövzulara toxunmuşdur.
Cənab Prezident çıxışında BMT-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir: “COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır”.
Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayır. “Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir.”
“Peyvənd millətçiliyi”nin aradan qaldırılması COVID-19 pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin irəli sürdüyü olduqca mühüm və tarixi qlobal təşəbbüsdür. BMT Baş Assambleyasında qəbul olunan qətnamə isə beynəlxalq ictimaiyyətin cənab İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini göstərir. Onu da xatırladaq ki, Azərbaycan hökuməti koronavirusla mübarizədə qlobal həmrəyliyin təcəssümü kimi onlarca ölkəyə humanitar və maliyyə köməkliyi göstərib, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımları ayırıb, bir neçə ölkəyə təmənnasız olaraq vaksin göndərib.
Azərbaycan dövləti COVID-19 infeksiyasının qarşısının alınması üçün əlindən gələni edir. Pandemiya rejiminə son qoyulması Prezident İlham Əliyevin fəaliyyətində ən prioritet məsələlərdən biridir. Cənab Prezidentin bu məsələ ilə bağlı fəaliyyətinə nəzər saldıqda görərik ki, dövlət başçısı koronavirusla mübarizədə ən vacib, ən zəruri bütün addımları atıb.
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ