SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əbülfəs Qarayev regionlarda Azərbaycan mədəniyyətini kimlərin əli ilə bərbad edib?

Əbülfəs Qarayev regionlarda Azərbaycan mədəniyyətini kimlərin əli ilə bərbad edib?

Tarix:

30-06-2020, 11:08

/ 1 333 dəfə oxundu.
Əbülfəs Qarayev regionlarda Azərbaycan mədəniyyətini kimlərin əli ilə bərbad edib?

May ayında Mədəniyyət Nazirliyinin bir qrup vəzifəli şəxslərinin həbsindən sonra sözügedən qurumda baş vermiş olaylar barədə dövrü mətbuatda yayılan məlumatların ardı-arası kəsilmir,hər gün ortaya yeni informasiyalar çıxır. Daha maraqlı məlumatların isə hazırda həbs olunmuş Rafiq Bayramovun və Zakir Sultanovun məhkəmələrində üzə çıxacağı gözlənilir.Hesablama Palatasının 2017-2018-ci illəri əhatə edən dövr üçün Mədəniyyət Nazirliyin Regional Mədəniyyət İdarələrində apardığı yoxlamalar barədə dünən yaydığı məlumatlarda da maraqlı məqamlar çoxdu. Yoxlamaların nəticələrinə baxdıqda səriştəsiz idarəetmə nəticəsinə yol verilən eyni qanun pozuntularının bütün idarələrdə baş verdiyini görmüş oluruq. Bəs Nazirliyin sözügedən regional idarələrinə kimlər və necə rəhbərlik ediblər? Daha doğrusu Əbülfəs Qarayev Azərbaycanın regionlarında mədəniyyəti kimlərin əli ilə,necə bərbad hala salıb?

Aktualinfo.org DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra yaydığı videogörüntülərdə yer almış bu siyahı ətrafında qısa bir araşdırma aparıb.Araşdırmada Mədəniyyət Nazirliyinə tabeli Regional Mədəniyyət İdarələrinin fəaliyyətində yol verilmiş nöqsanların hələ Rafiq Bayramov hadisələrinə qədər dövrü mətbuatda işıq üzü görmüş bir hissəsi yer alıb. Çox təəssüflər olsun ki,Əbülfəs Qarayev bilavastə rəhbərlik etdiyi sahə haqqında mətbuat səhifələrinə çıxan bir çox qanun pozuntularının qarşısını vaxtında almamış,əksinə onlara mədəniyyət sistemini talamağa şərait yaratmışdır. Regionlar üzrə mədəniyyət sahəsinə rəhbərlik etmiş şəxslərin qısa tərcümeyi-halını və onların mədəniyyətdən başqa nə kimi işlər görməsini diqqətinizə çatdırırıq.

Şükürov Mehman Şakir oğlu 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır. 2015-ci il iyun -noyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini,2015-2017-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsifələrində çalışmışdır. 2017-ci il 5 yanvar tarixindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.2018-ci ildən Abşeron Sumqayıt, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət idarələrini özündə birləşdirən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisidir.

Mehman Şükürov 2014-cü ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışarkən teatrda yol verdiyi maliyyə pozuntuntularına və mənimsəmə hallarına görə barəsində cinayət işi açıldlğı bildirilir. Mehman Şükürovun Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda 100-dən artıq “ölü can”lar olub. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.Müxtəlif yollarla cinayət məsuliyyətindən yaxa qurtarmış Mehman Şükürovun daha yüksək vəzifələrə çəkilməsi, bu bıabırçılıqdan sonra yenidən Sumqayıt Regional Mədəniyyət İdarəsi kimi böyük və məsuliyyətli təşkilata rəhbərlik etməsi görünür, Mədəniyyət naziri Əbülfəs Qarayevin ona olan “xüsusi diqqət”inin nəticəsidir.
Ağayev Nazim Əsəd oğlu 1991-1997-ci illərdə Xaçmaz rayon Sayad kəndli təsərrüfatında, Sayad kolxozunda rəhbər və sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində işləmişdir. 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayının 5-dən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət idarələrini özündə birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Əmək fəaliyyətinə kolxozçu kimi başlamış Nazim Ağayevin əvvəl Xaçmaz rayon Mədəniyyətinə,sonra isə Regional Mədəniyyət idarəsinə rəhbərliyinin az qala 20 ili tamam olur. Məlumatlara görə vaxtı ilə kolxoz sədri işləmiş Nazim Ağayev bu müddət ərzində əvvəl rayonun,daha sonra isə regionun mədəniyyətini bir kolxoz təsərrüfatı kimi idarə edib. Mədəniyyət sahəsinə ayrılmış pulları müxtəlif yollarla mənimsəmsəməklə böyük var-dövlət sahibinə çevrilib.

Elnur Hüseynov 2001-2003-cü illərdə Xızı rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri, rayon Mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2004-2012-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Regionlarla İş Sektorunda çalışmış,2012-2016- ci illərdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru işləmişdir.Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2017-ci ilin yanvar ayının 5-dən Ağsu, İsmayıllı,Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət idarələrini özündə birləşdirən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

Məlumatlara görə 2017-ci ildə İsmayıllı Regional Mədəniyyət İdarəsimə rəis təyin olunduqdan sonra təmir tikintiyə ayrılmış külli miqdarda dövlət vəsaitlərini formal tender üsulu ilə mənimsənilməsinə yol verib.İdarənin tabeçiliyində olan mədəniyyət müəssisələrin fəaliyyətindən heç bir əsər-əlamət olmadığı halda,əsaslı təmir adı altında pullar ayrılıb. Lakin buna baxmayaraq kosmetik işlərdən başqa gözə heç nə görünmədiyi bildirilir. Elnur Hüseynovun idarənin Şöbə müdirləri vasitəsi ilə mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əmək haqqlarını mənimsədiyi də yayılan məlumatlarda yer alıb.
Zeynalova Mirvari 2009-cu ildən 2013-cü ilin aprel ayınadək Şəki Musiqi Texnikumunda tədris işləri üzrə direktor müavini işləmişdir.2013-2016-cı il tarixlərdə Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışıb.O, 05 yanvar 2017-ci il tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27.06.2018-ci il tarixdən Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət idarələrini özündə birləşdirən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin əvvəlki müdiri 2013-cü ildə külli miqdarda dövlət vəsitinin mənimsənilməsinə yol verdiyinə görə Korrupsuiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılmış və həbs olunmuşdur.Mirvari Zeynalovanın 2013-cü ildə bu vəzifəyə təyinat almasından bu günə qədər yol verilmiş olduğu mənimsəmələr hesablanarsa görəsən nə qədər edər? Məlumatlara görə,artıq onu bu vəzifəyə təyin etmiş Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun da vəziyyəti ürəkaçan deyil.Əmisi oğlu Rüstəm Usubov Baş prokurorluqda vəzifəsini itirdəkdən sonra İcra başçısı nəiniki Mirvari Zeynalovanı,heç özünü də qurtara bilməyəcək. Rafiq Bayramovun həbsindən sonra Şəki Regional Mədəniyyət İdarəsində adları kənd kitabxanalarında, klublarda, mədəniyyət evlərində gedən 300 nəfərin bir günün içərisində “işdən çıxarılması” inanmırıq ki, istintaq orqanlarının gözündən yayınsın.

1989-1995-ci illərdə qiyabi yolla S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, 2000-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.Bir neçə ixtisas sahibi Elman Məmmədov 2016-cı ildə Füzuli rayon Mədəniyyət və Turizm şöbəsində yol veriyi ciddi qanun pozuntulurana görə tutduğu vəzifədən azad edilib və heç kimin gözləmədiyi halda Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyin edilib. Elman Məmmədovun Füzulu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə can atması barədə də dövrü mətbuatda məlumatlar yayaılıb.Həmçinin bildirilir ki,torpaqları işğal altında olan bir rayonun mədəniyyət sahəsinə ayrılmış dövlət vəsaitlərini mənimsəyən Elman Məmmədovun geniş biznes şəbəkəsi də var.
Qədirov Vüqar Kərim oğlu Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2008-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsində çaışmışdır.2019-cu ildən Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət idarələrini özündə birləşdirən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

Bir sıra qeyri hökumət təşkilatlarında çalışmış Vüqar Qədirov mədəniyyət sahəsinə 2017-ci ildə birbaşa rəis müavini kimi gəlib. Cəmi iki ildən sonra isə Ağstafa Regional Mədəniyyət İdarəsinə müdir təyin edilib.Məlumatlara görə onun bu vəzifəyə təyinatında həbs olunmuş Rafiq Bayramovun böyük rolu olub. Rəhbərliyə başladığı qısa dövr ərzində Vüqar Qədirov da kolleqalarından geri qalmayaraq tender yolu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol verdiyi barədə bir müddət öncə dövrü mətbuatda məlumatlar yayılmışdı.

Sabiq Vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Höccət Əsədullayevin tərcümeyi-halı yoxdur.Lakin əldə etdiyimiz məlumatlara görə biznes fəaliyyəti ilə məşğul olub.Keçmiş nazirin ailə holdinqi sayılan “Synergy Group» ASC-nin Biznesin İnkişafı üzrə meneceri vəzifəsini icra edib. Daha sonra QHT-də, oradan da müsabiqəsiz-filansız dövlət qulluğuna keçid ala bilib.Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət idarələrini özündə birləşdirən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.
Məlumatlara görə, Fazil Məmmədov vəsifəsi ilə vidalaşdıqdan sonra Höccət Əsədullayev də özünə başqa havadarlar tapıb. Ətəyindən yapışdığı şəxslərdən biri də 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Rafiq Bayramov olub..Bu həmin Rafiq Bayramovdur ki,DTX tərəfindən həbs olunanada Höccət Əsədullayev birinci üzünə dururaq hər ay ona “otkat” pullar çatdırdığını kamera qarşısında bildirmişdi.

Hacıyev Sənan Zahid oğlu 2000-2006-cı illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində akkardeon müəllimi işləmişdir. 2006-2011-ci illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləmişdir. 2011-2016-cı illərdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləmişdir.2017-ci ildən Gəncə, Naftalan, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət idarələrini özündə birləşdirən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Sənan Hacıyevin idarəsində hər il büdcədən ayrılmış vəsaitlərin silinməsi üçün xüsusi tədbirlərin keçirildiyini,lakin bu tədbirlərdən heç kimin xəbəri olmadığını deyən məlumatlı şəxs iddia edir ki,həmçinin idarəyə il ərzində cari təmir işlərinin satın alınması adı ilə ayrılmış vəsaitlərin nəyə xərcləndiyi barədə də heç kimin məlumatı yoxdu. Bundan başqa Gəncə şəhər icra hakimiyyətindən ayrılan külli miqdarda vəsaitlərin də xərclənməsində qaranlıq məqamların olduğu deyilir. Həmin vəsaitlər sənədləşdirmələrdə güya ki, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınmasına, bərk invertarların, maşın avadanlıqlarının, cari təmir, dəftərxana, təsərrüfat malları və sair xərclər maddəsi üzrə xərclənib. Sənan Hacıyevin əsas qazanc mənbələrindən biri isə Gəncə Mədəniyyət və Turizm İdarəsində adı olan özü olmayan «ölü can»lar olub. İdarə müdirinin hər ay bu «ölü can»ların hesabına ən azı 20-25 min manat qazandığı iddia olunur.Sənan Hacıyevin bu yollarla böyük var-dövlət sahibi olduğu bi gün Gəncədə heç kimə sirr deyil.
...

Haciyev İlyas Xəlil oğlu 2002-ci ildən 2007-ci ilədək Bərdə Bələdiyyəsində baş hüquqşünas, 2007-ci ildən 2010-cu ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi Idarəetmə orqanları ilə iş şöbəsində müdir işləmiş, 2010-cu ildən 2011-ci ilədək fərdi əməklə məşğul olmuş, 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai təçkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifəsində, 2012-ci il may ayından 2017-ci il yanvar ayına qədər Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci il yanvar ayından Bərdə. Yevlax, Mingəçevir və Tərtər rayon mədəniyyət idarələrini özündə birləşdirən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyir.

Gəncə Dövlət Pedaqoji İnstitutunu bitrmiş İlyas Hacıyev əmək fəaliyyətinə müəllim kimi başlayıb,məktəb direktoru olub.Ölkə mətbuatında İlyas Hacıyevin, həm Bərdə Mədəniyyət İdarəsinin müdiri, həm də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə korrupsiya əməlləri barədə çoxsaylı məlumatlar dərc edilib. Həmin məlumatlarda İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının qara kassası olduğu bildirilir.Mediada təkzib olunmayan məlumatlarda qeyd edilir ki, İlyas Hacıyev Bərdə Mədəniyyət İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə adı olub özü olmayan çoxlu sayda işçinin əmək haqqlarını, həmçinin şişirdilmiş dərs saatları hesabına dövlətin ay ərazində 15-20 min manat vəsaitini mənimsəyib. Məhz nazir müavini Rafiq Bayramova hər ay 5000 (beş) min manat rüşvət verməsidə buna əyani bir sübutdur.

Quluyev Rza Qoca oğlu Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbində Pioner Baş Dəstə Rəhbəri,1980-1983-cü illərdə həmin məktəbdə müəllim,1983-1988- ci illərdə direktor müavini vəzifəsində,1988-2000- ci illərdə Ağcabədi rayonunun Hüsülü kənd orta məktəbində direktor vəzifəsində,2000-2001- ci illərdə Ağcabədi rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə orqanları ilə şöbənin müdiri vəzifəsində işləmişdir.2001-ci il tarixdən Ağcabədi rayon Mədəniyyət və Turizim şöbəsində müdir vəzifəsində işləmişdir. 05 yanvar 2017-ci il tarixdən Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət idarələrini özündə birləşdirən Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Məlumatlara görə R.Quluyev əvvəllər Ağcabədi mədəniyyət şöbəsinin büdcə vəsaitlərini mənimsəyirdisə, 2017-ci ildən üç rayonun mədəniyyət mərkəzlərinin, kitabxana və kənd klublarının pullarını cibişdanına doldurub.Ona görə də bu gün Ağcabədidə mədəniyyət klubları, kitabxanalar baxımsızlıqdan bərbad vəziyyətdədirlər.İdarə rəisi mədəniyyət şöbəsinin müdiri olduğu dövrdə də, struktur dəyişikliyindən sonra da “qaz vurub, qazan doldurur”.Rza Quluyevin əsas gəlir mənbəyi kənd mədəniyyət evlərinə, klublarına və kitabxanalarına yaxın adamlarının adlarını yazdırmaqla hər ay qanunsuz olaraq dövlət büdcəsindən bir neçə min manat vəsait oğurlamaqdır.Büdcədən çıxarılan vəsaitləri sənədləşdirmək üçün isə kənd mədəniyyət evlərini və klublarını tez-tez rənglətdiyi söylənilir.

Quliyev Ramiz Məmmədhəsən oğlunun tərcümeyi halı barədə heç bir məlumat yoxdur. Məlumatlara görə ixtisasca mühəndisdir. Çox güman ki ,elə ona görə də tərcümeyi halını gizlədir.Bu gün Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət idarələrini özündə birləşdirən Ağdaş Regional Mədəniyyət İdarəsinə rəhbərlik edir. Qeyd edək ki,ixtisası qaz mühəndisi olan Ramiz Quliyev bundan əvvəl, 2014-2019 -cu il tarixlərlərdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edib.Burada,daha dəqiq desək Tovuzda rayonunda mədəniyyət sahəsinə ayrılmış külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinin üstü aşıldıqdan sonra,Əbülfəs Qarayev onu işdən çıxarmaq əvəzinə Ağdaş Regional Mədəniyyət İdarəsinə müdir təyin edib.

Məlumatlara görə istər Ağstafada,istərsə də Ağdaş Regional Mədəniyyət İdarəsinə rəhbərliyi dönəmində Ramiz Quliyev mədəniyyət sahəsinə tikinti sahəsi kimi baxıb. Dövrü mətbuatın yazdıqlarına görə dörd rayonun mədəniyyət sahəsinə rəhbərlik edən Ramiz Quliyevin danışıqlarında mədəniyyətdən kənar ifadələri eşitmək adi haldır.
Ramazanov Əhməd Apoş oğlu 1975-ci ildə Akademik Y. Məmmədliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan Dili və Ədəbiyyat fakultəsinə daxil olub. 1979-cu ildə həmin İnstitutu bitirib Sabirabad rayonu Əsədli kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.2007-ci ildə Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda isə Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayon mədəniyyət idarələrini özündə birləşdirən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Hələ 2013-cü ildə Hesablama Palatası tərəfindən keçirilmiş təftiş nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində büdcə vəsaitlərinin külli-miqdarda mənimsənilməsi faktı aşkarlanmışdı.Maraqlıdır ki, aşkar edilmiş pozuntu faktları barədə Hesablama Palatası Sabirabad Rayon İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə məlumat versə də, Əhməd Ramazanovun cəzalandırılması istiqamətində heç bir tədbir görülməmişdir. Təbii ki, belə olan vəziyyətdə Sabirabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri də öz talançılıq fəaliyyətinə davam etdirəcəkdir. Məlumatlara görə Əhməd Ramazanovun Sabirabadda bir neçə mağazası, çörək sexi,fermer təsərrüfatı və restoranları var. Bakıdakı evlərinin sayını isə heç kim bilmir.
Hüseynov Elçin Sabir oğlunun mədəniyyət sahəsində nə vaxtdan çalışdığı bəlli deyil. Çünki bir mədəniyyət işçisinin tərçümeyi-halının ictimaiyyətdən gizlətməsi onun da peşəkar mədəniyyət işçisi olmamasından xəbər verir. Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət idarələrini özündə birləşdirən Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə 2017-ci ilin yanvar ayından rəhbərlik edir.

Biləsuvar rayonunun həbs olunmuş İcra başçısı Mahir Quliyevin kadrı olduğu bildirilir.Dövrü mətbuatda Regional Mədəniyyət İdarəsinə rəhbərlik etdiyi qısa dövr ərzində Elçin Hüseynovun da tender yolu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol verdiyini bildirən məlumatlar yer alıb..

Lətifə Mövsümova 1978-ci ildən Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri.2006-ci ildən Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ildən Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, 2018-ci ilin iyun ayindan Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət idarələrini özündə birləşdirən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır. Düz 40 ildən artıqdır mədəniyyət sahəsində çalışan Lətifə Mövsümova Əməkdar Mədəniyyət işçisi adına,Tərəqqi və Şərəf nişanı ordenlərinə layiq görülüb.

Təcrübəli mədəniyyət işçisi olaraq işini o qədər ehtiyyatla tutub ki,mətbuatda adı hallanmır. Lakin buna baxmayaraq Lətifə Mövsümovanın da bir sıra qanun pozuntularına yol verməsi istisna deyil.

Nəsirli Vüsal İbrahim oğlu 1999-2003-cü illlər ərzində Lənkəran Dövlət Universitetinin tarix və ictimaiyyət fakültəsində təhsil almışdır. 2007-2010-cu illər ərzində Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsində, 2010-2012-ci illərdə Lənkəran şəhər Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində işləmişdir. 2012-2013-cü illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-2016-cı illərdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-2018-ci illərdə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır.2018-ci ildən Lənkəran, Astara və Lerik rayon mədəniyyət idarələrini özündə birləşdirən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

Məlumatlara görə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kadrı hesab edilən Vüsal Nəsirl quruma rəhbərlik etdiyi qısa dövr ərzində Lənkəran, Astara və Lerik rayonlarının musiqi məktəblərindən,mədəniyyət evlərindən,kitabxanalardan toplanan aylıqlardan əlavə, mədəniyyət sahəsinə ayrılmış dövlət vəsaitlərini təmir tikinti adı altında mənimsəyərək Mədəniyyət Nazirliyinin rəsmiləri və Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bölüşdüyü bildirilir.

Şərhlər

XƏBƏR LENTİ