XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əbülfəs Qarayev də islahatlara başlayır... - Kimlər gedəcək?

Əbülfəs Qarayev də islahatlara başlayır... - Kimlər gedəcək?

Əbülfəs Qarayev də islahatlara başlayır... - Kimlər gedəcək?
27-04-2020, 11:49

May ayında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra Regional İdarələrdə kadr dəyişikliyi gözlənilir.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə kadr dəyişikliyi əsasən Ağcabədi və Sumqayıt Regional Mədəniyyət İdarələrində aparılacaq. Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədovun Ağcabədi Regional Mədəniyyət İdarəsinə rəis göndəriləcəyi deyilir.

Savadlı və yüksək təşkilatçılıq qabiliyyətinə malik şəxs kimi xarakterizə olunan İlham Əhmədovun Ağcabədi Regional Mədəniyyət İdarəsinə rəis göndəriləcəyinin digər səbəbləri onun gənc və perspektivli olmasıdır.

İddialara görə hazırda Sumqayıt Regional Mədəniyyət İdarəsində rəis müavini olan İlham Əhmədovun faktiki Regional İdarəyə rəhbərlik etdiyi deyilir.

Qeyd edək ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndəriləcəyi gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.