Mədəniyyət Nazirliyində ciddi yoxlamalar: - Əbülfəs Qarayev təftiş edilir
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.
“MediaPost”a daxil olan məlumata görə, Maliyyə Naziri Samir Şərifovun birbaşa tapşırığı əsasında yoxlamalar Əbülfəs Qarayevin nazir olduğu dövrdə sözügedən qurumda dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə gedir.
Artıq 3 aya yaxındır Mədəniyyət Nazirliyində aparılan yoxlamalarda ciddi maliyyə pozuntuları aşkarlanıb.
Maliyyə Nazirliyinin əməkdaşları dünən sözügedən qurumun maliyyə və uçot şöbəsində təftişi davam etdirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Naziri Əbülfəz Qarayev 21 may 2020-ci il tarixində vəzifəsindən azad olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...