XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda sakinlər susuz qalıb - ŞİKAYƏT+VİDEO

Sumqayıtda sakinlər susuz qalıb - ŞİKAYƏT+VİDEO

Sumqayıtda sakinlər susuz qalıb - ŞİKAYƏT+VİDEO
8-06-2020, 08:52

Sumqayıt şəhəri Yaşıldərə massivi, dəmiryol vağzalı ətrafında yaşayan sakinlər 1 həftədir susuzluqdan əziyyət çəkirlər.


Bu barədə AFN-ə şikayət edən sakinlər bildiriblər ki, Sumqayıt su idarəsinin rəsi İlqar adlı şəxs hər gün söz versə də, suyun təzyiqi normada verilmir. Qeyd edilən ünvanda yaşayan Vüsal Hətəmovun sözlərinə görə, rəsmi qurumlar bəhanə edirlər ki, xətlər köhnədir, yenisi çəkilməlidir: "Halbuki biz 100-lərlə ailə 460 manatdan pul yığıb su qovşağına qoşulmuşuq, amma yenə də yay aylarında su üzünə həsrətik. Ceyranbatan su hövzəsinin kənarında yerləşirik. 2 gündür dükan-bazar da bağlı olduğundan ailə-uşaqlarımızı içməli su ilə təmin edə bilmirik. Sumqayıt şəhər icra başçısının müavini Sahib müəllimlə, "Azərsu" Sumqayıt idarəsinin rəhbəri İlqar müəllimlə danışdım, lakin hələ ki, sudan xəbər yoxdur".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.