“Azərsu”dan ŞİKAYƏT
Sumqayıt şəhər “Xəzər Bağları” yaşayış massivində insanlar içməli su problem ilə üz-üzə qalıblar.
“Artıq 2-ci ildir ki, qəsəbədə içməli su demək olar ki, yoxdur. Yay fəsli gələr-gəlməz içməli suyumuz kəsilir. Dəfələrlə bu barədə Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsinə, İdarənin rəisi İlqar Abdullayevə müraciət etsək də bu məsələyə baxılmayıb”, deyə sakinlər bildiriblər.
Qəsəbə sakinləri həmçinin bildiriblər ki, idarə rəisi qəsəbəyə lazımi səviyyədə su verildiyini desə də, faktiki sakinlərin evlərinə suyun gəlmədiyi göz qabağındadır. Əraziyə nümayəndə göndəriləndə necə edirlərsə su nisbətən az da olsa gəlir. Nümayəndə gedən kimi, dalınca su da kəsilir.
Qəsəbənin içməli su xətləri və məişət tullantıları xətləri qəsəbə sakinlərinin şəxsi vəsaitləri hesabına çəkilir və təmir olunur.
“Xəzər Bağları” yaşayış massivinin sakinləri Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevin onların şikayətlərinə səhlənkar yanaşdığını, bu məsələ ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəklərini bildirirlər.
Qeyd edək ki, Sumqayıt şəhərinin içməli su problem uzun illərdir ki, həll olunmamış qalmaqdadır. Dövlət büdcəsindən və beynəlxalq kredit təşkilatlardan Sumqayıtın su təsərrüfat infrastrukturunun yenilənməsi və əsaslı təmiri ilə bağlı milyonlarla dövlət zəmanəti ilə alınmış kreditlər ayrılsa da bu problem öz həllini hələ də tapmayıb.
Sumqayıt şəhərinin içməli su ilə bağlı olan problemlərini diqqətdə saxlayacaq, bununla bağlı növbəti yazımızda video material təqdim edəcəyik.
Xatırladaq ki, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayev 2019-cu ilin mart ayından bu vəzifədə çalışır. O, bundan öncə Yasamal rayon Sukanal İdarəsinin rəisi vəzifəsində çalışıb.Nocomment

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...