Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər
Xəzər rayonu Binə qəsəbəsi, "Bakovtomat" yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.
Oxu.az-a istinadən xəbər veririk ki, sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.
Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.
Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də "Azərsu" ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur