XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Cavid Qurbanov Nazirlər Kabimetinin qərarlarını icra etmir

Cavid Qurbanov Nazirlər Kabimetinin qərarlarını icra etmir

Cavid Qurbanov Nazirlər Kabimetinin qərarlarını icra etmir
24-03-2020, 19:32

"Azərbaycan Dəmir Yolları" QSC-də azyaşlı uşaqları olan qadınlar işə çıxarılır...
"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabimetinin göstərişlərinə əməl etmir. PİA.az-a ünvanlanan şikayət məktubunda bildirilir ki, azyaşlı uşaqları olan qadınlar yenə də işə çıxarılır.

Şikayət məktubunda qeyd olunur ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə aid bütün rabitə və işarəvermə idarələrində çalışan azyaşlı uşaqları olan qadınların Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqları onsuz da pozulurdu, heç bir güzəşt də verilmirdi: "İndi, dövlətin bütün resurslarını koronavirusla mübarizəyə sərf etdiyi bir vaxtda, karantin rejiminin tətbiq edildiyi, hətta strateji obyektlərdə belə, xüsusi məhdudiyyətli rejimə keçilməsi - azyaşlı uşaqları olan analaraın, 60-dan yuxarı yaşlı şəxslərin maaşı saxlanılmaqla 1 aylıq məzuniyyət verilsə də, Nazirlər Kabinetinin bu göstərişləri ADY-də icra olunmur. Sanki bu idarə Azərbaycanın yox, başqa ölkənin qurumudur", deyə şikayətçilər bildirirlər.

Şikayətlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə yaratmağa cəhd eləsək də cəhdimiz uğursuz oldu. Məsələ ilə bqğlı qurumun mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.