XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Cavid Qurbanov Əli Əsədovun qərarlarını icra etmir

Cavid Qurbanov Əli Əsədovun qərarlarını icra etmir

Cavid Qurbanov Əli Əsədovun qərarlarını icra etmir
26-07-2020, 13:01

"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabimetinin göstərişlərinə əməl etmir.

Şikayət məktubunda bildirilir ki, azyaşlı uşaqları olan qadınlar yenə də işə çıxarılır.

Şikayət məktubunda qeyd olunur ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə aid bütün rabitə və işarəvermə idarələrində çalışan azyaşlı uşaqları olan qadınların Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqları onsuz da pozulurdu, heç bir güzəşt də verilmirdi: "İndi, dövlətin bütün resurslarını koronavirusla mübarizəyə sərf etdiyi bir vaxtda, karantin rejiminin tətbiq edildiyi, hətta strateji obyektlərdə belə, xüsusi məhdudiyyətli rejimə keçilməsi - azyaşlı uşaqları olan analaraın, 60-dan yuxarı yaşlı şəxslərin maaşı saxlanılmaqla 1 aylıq məzuniyyət verilsə də, Nazirlər Kabinetinin bu göstərişləri ADY-də icra olunmur. Sanki bu idarə Azərbaycanın yox, başqa ölkənin qurumudur", deyə şikayətçilər bildirirlər.Pia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.