XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əli Əsədovdan koronavirusla bağlı SƏRƏNCAM

Əli Əsədovdan koronavirusla bağlı SƏRƏNCAM

Əli Əsədovdan koronavirusla bağlı SƏRƏNCAM
2-03-2020, 11:05

Baş nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 1-də yaydığı məlumata əsasən, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub. Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.