Baş Nazirdən koronavirusla bağlı SƏRƏNCAM
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna vəsait ayırıb.
Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 80s nömrəli Sərəncamı ilə dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılmış vəsaitdən koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlərin həyata keçirilməsi, tələb olunan diaqnostik dəstlərin, avadanlıqların və ləvazimatların, fərdi mühafizə vasitələrinin, laboratoriya materiallarının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna 442 745,03 manat (dörd yüz qırx iki min yeddi yüz qırx beş manat üç qəpik) məbləğində vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidirlər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək