XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda apteklərin KORONAVİRUS SABOTAJI: -“Ölkədə karantin tədbirləri düzgün qurulmayıb”

Azərbaycanda apteklərin KORONAVİRUS SABOTAJI: -“Ölkədə karantin tədbirləri düzgün qurulmayıb”

Azərbaycanda apteklərin KORONAVİRUS SABOTAJI: -“Ölkədə karantin tədbirləri düzgün qurulmayıb”
27-02-2020, 16:46

"Dövlətin müvafiq strukturları, xüsusilə də, Dövlət Təhlükəsizliyi Xidməti vəziyyətə nəzarəti gücləndirməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus təhlükəsinin artmasına baxmayaraq, apteklərdə tibbi maskaların qiymətinin bir neçə dəfə bahalaşmasına və ya ümumiyyətlə, satışının dayandırılmasına münasibət bildirən professor Adil Qeybulla deyib.

Adil Qeybullanın sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edənlər mütləq cəzalandırılmalıdır:

“Tibbi maskalara bu qədər tələbat yaranıbsa, dövlətin müvafiq strukturları əhalini virusdan qoruyacaq vasitələrlə lazımi səviyyədə təmin etməlidirlər. Mövcud situasiyadan sui-istifadə edənlər isə mütləq cəzalandırılmalıdır.

Yaranmış vəziyyət onu göstərir ki, koronavirus təhlükəsi ilə bağlı ölkədə karantin tədbirlərinə cidddi yanaşılmayıb, iş düzgün qurulmayıb. Belə bir şəraitdə sabotaj, möhtəkirlik, vəziyyətdən sui-istifadə etmək kimi halların olması qaçılmazdır. Çünki müxtəlif maraqlar var.

Bu baxımdan, dövlətin müvafiq strukturları, karantin üzrə fövqəladə komissiya, xüsusilə də, Dövlət Təhlükəsizliyi Xidməti vəziyyətə nəzarəti gücləndirməlidir. Səhiyyə Nazirliyi və TƏBİB adlı qurum isə apteklərin işinə nəzarəti həyata keçirməli, problemin aradan qaldırılması ilə məşğul olmalıdırlar.

Sadə vətəndaşlar bu vəziyyətə görə narazılıqlarını dilə gətirirsə, jurnalistlər bunları işıqlandırırsa, aidiyyatı qurumlar niyə fəaliyyətsiz qalmalıdırlar ki?”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.