Azərbaycanda koronavirus epidemiyası pik səviyyəyə çatıbmı? Çatmayıbsa təqribən hansı zamana proqnoz edilir?..
Ekspert: “Hazırda Azərbaycanda koronavirus epidemiyası pik səviyyəyə gedir.”
“May ayında artıq enmə, iyun ayında isə koronavirusun yoxa çıxmasını proqnozlaşdırırıq”
Bu sözləri professor, tibb elmləri doktoru Adil Qeybulla ölkədə müşahidə olunan koronavirus mənzərəsini PİA.az-a şərh edərkən qeyd edib.
Dünyanı cənginə alan koronavirusun əhatə dairəsi böyüməkdə davam edir. Müxtəlif ölkələrdə hər gün xəstəliyə yeni yoluxma halları, ölüm faktları qeydə alınır.
Maraqlıdır ki, müasir texnologiyalar, innovativ yeniliklərlə süni intellekt formalaşdıran, yəni sürətlə inkişaf etməkdə olan elm və texnologiya əsrinin insanı bu virus qarşısında hələ də aciz durumdadır
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da karantin və sosial təcrid rejimi tətbiq olunub. "Evdə qal!" çağırışı bütün dünyada günün şüarıdır indi.
Qeyd edək ki, Çindən sonra pandemiyanın tüğyan elədiyi Avropa ölkələrində artıq epidemiyanın pik səviyyəsinin arxada qalması haqda bildirişlər yayılır. ABŞ-da isə koronavirus epidemiyası hər gün daha da böyüməkdə və daha çox can almaqdadır. Hazırda koronavirusun episentri okeanın o tayında olsa da, bu rahatlamaq üçqn heç bir əsas vermir.
Qonşu Rusiyada da epidemiya sütətlə yayılmaqdadır. Mütəxxəssislərin fikrincə Moskva şəhərində epidemiyanın pik səviyyəsi bu həftə yaşanacaq, Rusiyanın digər şəhərlərində isə bu pik səviyyə aprelin sonu, mayın ıvvəllinə təsadüf edəcək.
Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda koronavirus epidemiyası pik səviyyəyə çatıbmı və çatmayıbsa pik səviyyə təqribən hansı zamana proqnoz edilir? Ümumiyyətlə karantin dövrünün bitmə zamanı məlumdurmu?
Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru Adil Qeybulla ilə müzakirə edib.
Adil Qeybulla: “Aprelin 20-dən sonra müəyyən qədər də karantin dövrünün uzadılması gözlənilir”.
Ölkədə karantin dövrünün bitməsinin situasiyadan asılı olacağını vurğulayan ekspert açıqlamasında bildirib ki, hər halda aprelin 20-dən sonra müəyyən qədər də karantin dövrünün uzadılması gözlənilir:
“Hazırda Azərbaycanda koronavirus epidemiyası pik səviyyəyə gedir. Aprel ayının 20-dən sonra biz enən xətt üzrə gediş proqnoz edirik. May ayında artıq enmə, iyun ayında isə koronavirusun yoxa çıxmasını proqnozlaşdırırıq.
Ölkədə karantin dövrünün bitməsi situasiyadan asılı olacaq. Hər halda aprelin 20-dən sonra müəyyən qədər də karantin dövrünün uzadılması gözlənilir. İnanmıram ki, ölkədə olan vəziyyət, o vümıədən qonşu ölkəıərin vəziyyəti aprelin 20-dən sonra karantin dövrünün götürülməsinə imkan versin”.