SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub

Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub

Tarix:

26-11-2019, 14:29

/ 708 dəfə oxundu.
Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub

Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub...
İclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri III oxunuşda, “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər II oxunuşda müzakirəyə çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ