Yeni ombudsmanın adı noyabrın 29-da bilinəcək - Gözlənti
Milli Məclisin növbəti plenar iclası noyabrın 29-da keçiriləcək. Bu barədə “Yeni Müsavat”a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Xidmət rəhbərinin dediyinə görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
A.Təvəkküloğlu dedi ki, iclasda üçüncü oxunuşda “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri müzakirə olunacaq və qəbul ediləcək. Həmçinin “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri III oxunuşda, “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər II oxunuşda müzakirəyə çıxarılacaq.
Hər kəsi maraqlandıran məsələ, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlərin müzakirəsi və yeni müvəkkilin seçilməsi məsələsi də 29 noyabr iclasının gündəliyinə daxil edilib. Akif Təvəkküloğlu bildirdi ki, bu, gündəliyin 12-ci məsələsi olaraq müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, prezident İlham Əliyev ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məsələ müzakirə olunub. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. Hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. Ancaq onun səlahiyyət müddəti artıq başa çatıb.
“Yeni Müsavat”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...