SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “DOST süfrəsi” kampaniyası başa çatır

“DOST süfrəsi” kampaniyası başa çatır

Tarix:

4-06-2019, 14:23

/ 746 dəfə oxundu.
“DOST süfrəsi” kampaniyası başa çatır

Ramazan ayının başa çatması ilə əlaqədar bu müqəddəs ay boyu davam edən “DOST süfrəsi” aksiyasına da yekun vurulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayında keçirilən “DOST xonçası” kampaniyasının davamı olaraq, Ramazan ayının gəlişi ilə bağlı “DOST süfrəsi” aksiyası başladılmışdı. Aksiya bu müqəddəs ayın yüksək dəyərlərindən biri kimi xüsusən həssas qruplardan olanlarla iftar süfrəsini bölüşməyi nəzərdə tuturdu.
“DOST xonçası” kimi “DOST süfrəsi” də elə ilk gündən maraqla qarşılanıb. Aksiyaya qoşulan bir çox dövlət qurumları, təşkilatlar, tanınmış şəxslər həssas qruplardan olanlarla iftar süfrəsini bölüşdülər.
Onlar bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşdılar.
Bu aksiya iftar süfrələri ətrafında mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə, həm də insanlar arasında yeni səmimi dostluq tellərinin qurulmasına öz töhfəsini vermiş oldu.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ