SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “DOST xonçası” kampaniyası yekunlaşıb

“DOST xonçası” kampaniyası yekunlaşıb

Tarix:

28-03-2019, 14:43

/ 784 dəfə oxundu.
“DOST xonçası” kampaniyası yekunlaşıb

Geniş miqyas alan aksiyaya 150-dən çox təşkilat və şəxs qoşuldu

Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı “DOST xonçası” kampaniyası bayram günlərinin başa çatması ilə əlaqədar yekunlaşıb.
Milli bayramımız olan Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən bu kampaniya geniş miqyas aldı. Bu da xalqımızın Novruz bayramı ilə bağlı yüksək mənəvi dəyərlərə sıx bağlılığının, eyni zamanda ölkəmizdə ahıl insanlara hörmət və qayğı ilə yanaşılmasının bir göstəricisi oldu.
Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edib.
Aksiyaya qoşulanların hər birinə bu nəcib addımlarına görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ