SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı

Tarix:

6-03-2019, 11:25

/ 1 143 dəfə oxundu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq başladığımız kampaniya tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.
Nazirliyin əməkdaşları aksiyanı Səbail rayonunda tənha yaşayan 80 yaşlı Mənzər Hüseynovanı ziyarət etməklə başladı. Ona “DOST Xonçası” təqdim edərək, bayramlaşdılar, həmsöhbət oldular.
Tənha ahıl vətəndaşlarımızı sevindirmək, onlarla bayramlaşmaq istəyən hər qurum və ya hər kəs bu aksiyaya qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmalarını xahiş edirik.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı

Şərhlər

XƏBƏR LENTİ