“DOST xonçası”ndan “DOST süfrəsi”nə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir nəcib aksiyaya başlayır
İslam dünyasının sevimli aylarından biri olan müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-da “DOST süfrəsi” adlı yeni nəcib aksiyaya başlayır.
Aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı və onlarla iftar süfrəsini bölüşməyi nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.
İlk “DOST süfrəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mayın 6-da bir qrup əlilliyi olan şəxs üçün iftar vaxtında təşkil ediləcək. Sonrakı günlər üçün isə nazirlik estafeti “DOST süfrəsi” aksiyasına qoşulmaq istəyində olanlara, onlar isə digərlərinə ötürəcək.
Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.
Qeyd edək ki, bundan əvvəl nazirliyin Novruz bayramı ilə əlaqədar mart ayında təşkil etdiyi və Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən “DOST xonçası” kampaniyası ilk gündən geniş miqyas aldı. Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edərək, onları sevindirib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...