SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda konfrans keçirilib - Foto

Nərimanov rayonunda konfrans keçirilib - Foto

Tarix:

11-04-2019, 17:53

/ 1 065 dəfə oxundu.
Nərimanov rayonunda konfrans keçirilib - Foto

11 apreldə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin yeni prezidentlik dövrünün 1-ci ilinə həsr olunmuş rayon konfransı keçirilib.

Konfransda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, veteranlar, ictimaiyyət nümayəndələri, rayon gəncləri və s. iştirak ediblər. Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, ötən ilin aprel ayının 11-də xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan Prezident seçkiləri artıq tarixə qovuşub: “Həmin gün Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Xalqımız cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, "Yeni hədəflərə doğru” müddəalarına yenidən "HƏ” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq 86,03% səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi”.

Tədbirdə çıxış edən Millət vəkili Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, fəal gənc Günel Məmmədova ötən bir il ərzində İlham Əliyevin rəhbərliyi altında Respublikada sürətlə davam edən inkişafdan, və beynəlxalq aləmdəki uğurlardan danışaraq öz fikirləri ilə bölüşüblər.
Nərimanov rayonunda konfrans keçirilib - Foto
Nərimanov rayonunda konfrans keçirilib - Foto
Nərimanov rayonunda konfrans keçirilib - Foto

Şərhlər

XƏBƏR LENTİ