Nərimanov rayonunda Qurtuluş Günü ilə bağlı tədbir - Fotolar
14 iyunda Dövlət Rəssamlıq Akademiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının, Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının, Rəssamlıq Akademiyasının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirib. Daha sonra qeyd edib ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi.
Daha sonra çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və YAP Nərimanov Təşkilatının sədri Təmraz Tağıyev qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 26-cı ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir.
![]()
![]()

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur