XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib
16-01-2018, 13:15

Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə İkinci Dünya Müharibəsinin iştirakçısı, Krımın azad edilməsində xüsusi xidmətləri olmuş təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi münasibəti ilə onu yaşadığı mənzildə Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov ziyarət edərək təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonu təbrik etmişlər.
Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Bunu əsas tutaraq Nərimanov rayonunda ənənəvi olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin, İvan İvanoviç Timçenkonun xidmətləri vurğulandı və ona göstərdiyi şücaətlərə görə rayon rəhbərliyi öz təşəkkürünü bildirdi. Daha sonra Nərimanov rayon İcra Baççısının müavini İradə Mahmudova Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev adından olan hədiyyəni yubilyara təqdim etdi.
İ. İ. Timçenkonun oğlu Aleksandr İvanoviç göstərilən bu diqqətə görə Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirmiş və söyləmişdir ki, qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Veteranlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Aleksand İvanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini qeyd etmişdir.
Sonda yubilyar və onun ailəsi ilə xatirə şəkli çəkilmişdir.
İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib
İkinci Dünya Müharibəsinin iştirakçısı - təyyarəçi podpolkovnik İvan İvanoviç Timçenkonun 100 illik yubileyi qeyd edilib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.