SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Tarix:

11-12-2019, 17:07

/ 1 531 dəfə oxundu.
Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

11 dekabr 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, veteranlar, gənclər, ictimaiyyətin və ziyalıların qatıldığı tədbiri Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
A.Fərzəliyev Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
İcra başçısı eyni zamanda, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb.
Anım mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin Tədris Departamentinin rəhbəri, professor Mənsim Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Kooperasiya Universitetinin prorektoru, dosent Tahir Şükürov Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Ulu Öndərimizin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyi diqqətə çatdırıblar.
Sonda rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş şeirlər söyləmişlər.
Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib



Şərhlər

XƏBƏR LENTİ