SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

Tarix:

11-04-2019, 15:30

/ 876 dəfə oxundu.
Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

Abşeron rayon məhkəməsi tərəfindən ermənistan məcburi köçkün düşmüm 25 ildir Saray qəsəbəsi Rza Təhmazi küç, Ev 12 ünvanında məskunlaşan və 12 nəfərdən ibarət ailə üzvünün yaşadığı mənzildən çıxarılaraq dağıdılması əmri çıxarılıb. 2015-ci ildə çıxarılan əmrin icrası isə nədənsə 2019-cu ilə təsadüf etmiş və qanunsuz olaraq sənədli evin sökülməsi qərarı çıxarılmışdır- deyə məcburi köçkün Hüseynov Raqif qeyd edir. Vətəndaşların 5 ildən artıq yaşadıqları mənzildə hüquq sahib olması qanunlarımızda əks edilməsinə baxmayaraq ədalət kürsüsündən bu cür bir qərarın çıxması hətta Ulu öndərin Qərbi Azərbaycan torpaqlarından məcburi çıxmış şəxslərin 1992-ci ildə imzaladığı qərarla yerlərindən tərpədilməsi bilə vasitə qadağan edildiyi halda. Bu cür bir qərarı verən hakim ona etimad göstərən ölkə rəhbərinə qarşı çıxmış sayılmırmı...? Ulu Öndər Heydər Əliyevin məcburi köçkünlərlə bağlı qərarında Qərbi Azərbaycandan köç edənlərin məskunlaşdığı ərazilərdən çıxarılması həmdə qadağan edildiyi halda bu gün onlar keçələrdədilər.

Gülmalıyev Vahid, Fikrət, Şəhzadə adlı şəxslərin iddiasının təmin edilməsi məqsədi ilə 25 il yaşadıqları mənzilin dağıdılması ilə bağlı qərar qəbul edilib.
Əsas məsələ ilə 2015-ci ildə verilmiş qərar, niyə məhs Abşeron rayon məhkəmə icraçıları tərəfindən 2019-cu ildə həyata keçirilib. İcra orqanları məsələni tam vaxtında deyil, lüzum bildikləri müddətdə qərarın icrasını həyata keçirməkdədirlər. Hüseynov Raqif Əjdər oğlu Qərbi Azərbaycandan köçkün düşmüş ailəsi ilə birlikdə məskunlaşdıqları 25 illik mənzili darmadağın edilib. Hazırda ailənin gedəcək yeri olmadığından yeganə evləri olan mənzilin icraçılar tərəfindən sökülməsinə dövlət qurumları seyirci qalmaqdadır. Ailə üzvləri arasında əlil və şəkər diabetli xəstə ilə yznaşı 3 azyaşlı körpədə küçədə qalıb.

Şərhlər

XƏBƏR LENTİ