SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR

Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR

Tarix:

7-11-2017, 12:07

/ 59 142 dəfə oxundu.
Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR

Binəqədi rayonu, Biləcəri qəsəbəsi,1 May yeni yaşayış massivində məskunlaşan məcburi köçkün Qəzənfər Musayev Salman oğlu Cebhe.info-ya müraciət edərək Binəqədi rayon İcra Hakimiyyətindən şikayətçi olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyəti onu uzun illər yaşadığı evdən çıxarır. Cebhe.info-nun əməkdaşı şikayət əsasında həmin ünvanda olub.
Qeyd edək ki, həmin ərazidə yeni kanalizasiya xətti çəkilir və məcburi köçkünlərin məskunlaşdığı ərazi məhz yeni xəttin keçəcəyi yerdədir. Orada olduğumuz müddətdə işlərin davam etdiyinin şahidi olduq. Yeni xəttin çəkilişini “Azərsu” ASC aparır. “Azərsu” ASC-nin iş icraçısı ilə söhbətləşdik. İcraçı bildirdi ki, köçürmə və digər işlər onlara aid deyil.
Bununla Binəqədi rayon İcra Hakimiyyəti məşğul olur: “Amma hər bir halda insanları çölə atmaq olmaz. O evdə yaşayanlar məskənlə təmin edilməlidir. Bu işlərlə İcra Hakimiyyəti məşğul olur. Biz sadəcə icraçıyıq. Layihənin icrası üçün bizə şəraiti Binəqədi rayon İcra Hakimiyyəti yaradır”.
Şikayətçi Musayev Salman bildirib ki, icra nümayəndəsi onları yeni yaşayış yeri ilə təmin etmədən, məskunlaşdığı evin sökəcəklərini deyib: “15 gün olar ki, iş gedir. Amma bizə 5-ci gün xəbərdarlıq ediblər. Bizə deyirlər ki, əşyalarınızı çıxardın evdən, işimizi görək, sonra burda yer qalsa “vaqonu” yenə öz yerinə qoyarıq. Biz dəfələrlə ev üçün müraciət etmişik. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində olmuşuq. Bizə deyiblər ki, ev veriləcək. Amma indi Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi deyir ki, çıxın evdən. Biz kanalizasiya xətti çəkirik”.

Qeyd edək ki, şikayətçinin hal-hazırda yaşadığı ev dəmiryol xəttinin altındadır.
Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR
Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR
Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR
Məcburi köçkünün evi niyə "plana düşdü"? - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ