SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Söhrab Abbasovun himayə etdiyi sexlərdə qiymətli ağacların kökü kəsilir -VİDEO

Söhrab Abbasovun himayə etdiyi sexlərdə qiymətli ağacların kökü kəsilir -VİDEO

Tarix:

28-05-2018, 09:17

/ 1 780 dəfə oxundu.
Söhrab Abbasovun himayə etdiyi sexlərdə qiymətli ağacların kökü kəsilir -VİDEO

2 il qabaq Nazirlər Kabineti "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib. Yeni sənədə əsasən, yaşıllıqların ləğv edilməsinə, ağacların qırılmasına görə cərimələr xeyli artırıldı, qaydalar sərtləşdirildi.
Qaydaları pozmağa görə fiziki, vəzifəli və hüquqi şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Düzdür, ETSN mütamadi olaraq bu və ya diğər şəxslərin ağac kəsiminə görə cərimələnməsi, hətta həbs edilməsi xəbərini tirajlayır.

Elə bu günlərdə belə xəbərlərdən biri saytlarda getdi:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.”
Bəli adi kəndli 2 gavalı ağacına görə böyük miqdarda pul cəzası alır. Bəs ETSN-ın vəzifəli şəxsləri, hansılar ki, minlərlə hektar yaşıllığı məhv ediblər, niyə cəzasız qalır? Axı Azerinfo.az olaraq dəfələrlə videosüjetlər yayınlamışıq, fotoşəkillər dərc olunub.
Vəzifələrinin mahiyyəti etibarilə bilavasitə bu qiymətli meşə sərvətini göz bəbəyi kimi qorumalı olan vəzifəli şəxslər sabiq nazirə arxalanaraq xüsusən cavan, sağlam və qiymətli ağacları məqsədli şəkildə kəsdirərək məhv ediblər. Dövlətin təbii sərvətinə, millətin genefondunun sağlamlığına bu cür düşmən kəsilən şəxslərin əməllərini yuxarı instansiyalar indiyədək görə bilməyib, yaxud görmək istəməyiblər?
Bəli, söhbət yenə ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri Söhrab Abbasovdan gedir. Ölkədənin əksər bölgələrində, xüsusən Gəncə, Sumqayıt və Bakı şəhərlərində gizli ya da açıq-aşkar fəaliyyət göstərən mebel istehsal edən müəssisələrə ay ərzində yüz min manatlarla ölçülən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz kimi qiymətli ağaclar məhz onun icazəsi, razlığı ilə kəsdirilərək göndərilir. Dərnəgül, "Biləcəri-Baksol Yolu” ərazilərində fəaliyyət göstərən bu cür "yarımgizli” mebel sexlərində Abbasovun şərikliyi var. Göndərdiyi ağaclardan istehsal olunan qapılar 3-14 min manat arası satılır. Belə pulların qarşısında qanunun tətbiq etdiyi cərimələrdən qorxmamaq da olar.

Azerinfo.az-ın əldə etdiyi digər məlumata görə qoz və yabanı püstə (saqqız ağacı) ağacından istehsal olunan parketlər qardaş Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac etdikləri parketin satışını isə ETS naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov həyata keçirir. Əlbətdəki Söhrab Abbasovun vasitəsilə.

Bütün bunlar haqda daha ətraflı yazılarımız olacaq. Biz isə oxucuların nəzərinə yeni videosütləri çatdırırıq. Baxın və görün meşələrimiz necə məhv edilir.

Azerinfo.az



Şərhlər

XƏBƏR LENTİ