Ağac kəsən şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirlikdən daxil olan xəbərə görə, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...