9 min ziyan vurdu - İşi Baş Prokurorluğa getdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı yulğun kollarının və ağacların İmişli rayon Əliyetməzli kənd sakini Ceyhun Əbdülov tərəfindən kəsildiyi və təbiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...