Müsfiq parkında 27 ağac kəsilib - Nazirlik
Bakının İnşaatçılar prospektindəki Mikayıl Müsfiq parkında gecə saatlarında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu barədə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidə "Azəravtoyol" ASC-nin işçiləri tərəfindən 27 ədəd müxtəlif cinsli və müxtəlif diametrli bioloji inkişafda olan ağacın kəsilərək məhv edildiyi müəyyən olunub. Hazırda nazirliyin əməkdaşları tərəfindən "Yaşıllıqların mühafizəsi haqqında" qanunun tələblərinin pozulması faktı ilə əlaqədar dəymiş ziyanın ödətdirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati araşdırmalar aparılır.
Qeyd edək ki, mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati işlərə baxmaq səlahiyyəti məhkəmə orqanlarında olduğundan, ETSN tərəfindən fakt üzrə toplanan materiallar tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...