XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Bank Respublika"nın 4 əməkdaşına cinayət işi açıldı - 2 MADDƏ İLƏ

"Bank Respublika"nın 4 əməkdaşına cinayət işi açıldı - 2 MADDƏ İLƏ

"Bank Respublika"nın 4 əməkdaşına cinayət işi açıldı - 2 MADDƏ İLƏ
18-05-2018, 17:38

“Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi açılıb.

Trend-in əldə etdiyi məlumata görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş İdarədə iş üzrə istintaq tədbirləri davam etdirilir.

İttihama əsasən, filialının vəzifəli şəxsləri 2014-2015-ci illərdə Azərbaycan Mərkəzi Bankının “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.