XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazir uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib

Nazir uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib

Nazir uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib
25-04-2018, 13:38

Təhsil naziri Ceyhun Bayramov İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib.

Ötən il Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanunun qəbul edildiyini xatırladan nazir qeyd edib ki, ölkədə məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb, normativ hüquqi aktlar formalaşıb: "Məktəbəqədər təhsillə bağlı hakimiyyətin müxtəlif qolları arasında funksiyalar qanunvericilikdə tamamilə açıq şəkildə göstərilib. Məzmuna görə cavabdehlik funksiyası, məktəbəqədər təhsil müəssisələrinin saxlanılması funksiyası hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir və digər funksiyalar Azərbaycan qanunvericiliyində çox dəqiq formada öz əksini tapıb".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.