Bağçalara qəbul yaşı dəyişdirilir
Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq
Bununla bağlı “Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.
Hazırki qanunvericilikdə isə hələ ki belə qeyd edilib: Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 yaşdan başlayır.
Bundan əlavə, qanuna aşağıdakı məzmunda 18.7-ci maddə əlavə olunacaq:
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu