XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR

Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR

Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR
30-01-2018, 10:08

Bu qəsəbə Bakının ətrafında yerləşmir. II Alatavaya getmək üçün “20 Yanvar” metrosundan piyada 10 dəqiqəlik məsafə qət eləmək lazımdır.
Ancaq xidməti avtomobili olan Yasamalın icra hakimiyyəti rəsmiləri də, rayonun deputatları da bir dəfə də qəsəbəyə ayaq basmayıblar.
Yasamalın üç deputatı var – Ülvi Quliyev, Aytən Mustafayeva və Elşad Həsənov. Alatava sakinləri onların üzünü görməyiblər. Heç seçkidə də qəsəbəyə gəlməyiblər.
Bizimlə söhbətində sakinlər ironiya ilə deyirlər ki, Alatava Bakıda muxtar vilayətdir; onun öz məhəllədaxili qanunları, parlamenti, millət vəkilləri var…
***
Ötən əsrin 50-60-cı illərində salınmış bu yaşayış massivi bir gecənin içində inşa olunub. İndi isə sürətlə çoxalan evlərin nəticəsində qəsəbə darısqallaşıb.
İraq olsun, yanğın çıxsa yanğınsöndürən maşınlar Alatavaya girə bilməyəcəklər. Nəinki yanğınsöndürən, heç zibil maşınları da qəsəbəyə gəlmirlər.
Evlərin qapılarından sallanan zibil selofanları problemin reallığını əks elətdirir.
Ona görə də camaat zibil selofanları məhəllədən çıxıb aşağı düşəndə Yeni Yasamal və yaxud Şərifzadə istiqamətində yolüstü zibil qutularına tullayırlar.
Sakinlərin sözlərinə görə, bu məhəlləyə tarixində nə zibil maşını, nə yanğınsöndürən girib. İllər əvvəl isə baş verən dəhşətli hadisədə bir neçə ev külə dönüb.
***
Alatavada yenidənqurma işlərinə ciddi ehtiyac var: yolların bir hissəsi camaatın öz puluna asfaltlansa da, çala-çuxur, dərə-təpə yollar hələ də var.
Sakinlər dua edirlər ki, Bakıya qar yağmasın. Çünki dikdə yerən qəsəbənin yolları 10 gün buz bağlayır, gediş-gəliş donur.
İkincisi, dövlət planına uyğun yol üstündə bəzi evlər köçürülməlidir və yol genişləndirilməlidir.
Orta məktəblər Yeni Yasamalda ya da Şərifzadə küçəsindədir. Qəsəbənin içində aptek, normal böyük market yoxdur.
Bundan əlavə, 90-cı illərdə tikilən evlər gecəqondu sayılır və sənədləşməsinə ehtiyac var.
Yəni, prezident də həyət evlərinin rəsmiləşdirilməsi barədə müxtəlif fərmanlar imzalayıb. Sakinlər işıq, qaz, su pulu ödəsələr də, evlər qeydiyyatsızdır.
Kəsəsi, Bakının mərkəzinə yaxın qəsəbənin “n” qədər problemi var, İH və deputatları isə “qış yuxusunda”…
Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR
Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR
Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR
Bakının mərkəzində "ucqar" qəsəbə... - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.