SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şam meşəliyində vətəndaşların “qanunsuz” adı ilə sökülən evlərinin yerində Suraxanı RİH tikintiyə başladı

Şam meşəliyində vətəndaşların “qanunsuz” adı ilə sökülən evlərinin yerində Suraxanı RİH tikintiyə başladı

Tarix:

26-12-2017, 18:01

/ 1 761 dəfə oxundu.
Şam meşəliyində vətəndaşların “qanunsuz” adı ilə sökülən evlərinin yerində Suraxanı RİH tikintiyə başladı

Nizami rayon ərazisində Suraxanı RİH tikinti aparır, Nizami RİH hara baxır?!
Bakıda “Azərsutikinti” xəstəxanasının qarşısında bundan əvvəl qanunsuz məskunlaşmanın baş verdiyi və Hacıbala Abutalıbovun göstərişi ilə sökülən 2,5 hektarlıq şam meşəliyində sökülən evlərin yerində Suraxanı RİH tikinti aparır.
Xəbər verildiyi kimi, bu il noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində illər əvvəl qanunsuz tikilmiş 10 ev Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntü aparılarkən İcra Hakimiyyətinin məmurları və polislərlə sakinlər arasında qarşıdurma olub, bir neçə sakin döyülüb. Sakinlərdən biri-Elşən Həsənov özünə bıçaqla xəsarət yetirib.
Bu barədə virtualaz.org məlumat yayıb .
Xatırladaq ki, 2000-ci ildə əsasən Naxçıvandan olmaqla 10 ailə hərəyə 20 sotdan artıq torpaq zəbt etməklə ərazidə məskunlaşıb, sənədsiz evlər tikib və son bir-iki aya qədər orada maneəsiz yaşamaqda davam edib. Lakin bu ilin noyabrında Suraxanı rayon İcra Hakimiyyətinin məmurları yüzdən artıq polisin müşaiyəti ilə həmin sakinləri evlərindən zorla çıxarıb, onların evləri hətta əşyalarını belə çıxarmağa imkan vermədən dağıdılıb.
Maraqlıdır ki, ərazi Nizami rayonuna aid olsa da söküntünü Suraxanı rayon İcra Hakimiyyəti həyata keçirib. Sakinlərə heç bir kompensasiya ödənilməyib və ya onlara başqa yerdə torpaq sahələri təklif edilməyib.
Sakinlər bildirirdilər ki, bir neçə ay əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu ərazidə olub və görünür ona 2.5 hektarlıq meşədə “hansısa kasıbların qanunsuz məskunlaşdığını” çatdırıblar. Və o, evlərin söküntüsü barədə göstəriş verib.
Evləri sökülən sakinlərin maraqlarını müdafiə edən vəkil Pərviz Hacılı bu gün QAFQAZXEBER.AZ-a zəng edərək bildirdi ki, hadisədən sonra sakinlər qarşı tərəfi məhkəməyə veriblər:”Məhkəmənin çıxardığı qərardadda isə qeyd olunub ki, bu torpaq sahəsi hal-hazırda həmin vətəndaşların istifadəsindədir. Ancaq indi həmin ərazidə Suraxanı RİH tikintiyə başlayıb. Fəhlələrin bildirdiyinə görə hazırda Suraxanı RİH-in göstərişi ilə fərdi evlər tikilir. Bizə maraqldır ki, ora Nizami rayonu ərazisi ola-ola, niyə orda Suraxanı RİH-in göstərişi ilə tikinti aparılır?! Həmin vaxt ərazidə döyülmə faktı vardı. Həmin işi Nizami rayon prokurorluğu aparır ,hal -hazırda araşdırma gedir.
Biz əlimizdəki sənədlə gedirik ora, fəhlələr çəkilirlər kənara, ancaq biz ordan ayrılan kimi onlar tikintiyə davam edirlər. Gecə-gündüz işləyirlər”.

Tikinti aparılan ərazidə çəkilən fotoları,viedonu və məhkəmə qərardadını oxuculara təqdim edirik.

Şərhlər

XƏBƏR LENTİ