XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı merinə ittiham: "Torpağıma Hacıbala Abutalıbovun gözü düşüb"

Bakı merinə ittiham: "Torpağıma Hacıbala Abutalıbovun gözü düşüb"

Bakı merinə ittiham: "Torpağıma Hacıbala Abutalıbovun gözü düşüb"
16-11-2017, 09:35

Bakıda icra hakimiyyəti gənc ailənin evini dağıdıb, yeddi aylıq hamilə qadın həyat yoldaşı ilə küçəyə atıb
Evi uçurulan Elşən Hüseynov criminal.az saytına bildirib ki, bu məsələdə geri çəkillməyəcək, özünü öldürməli olsa da, haqsızlıq edənlərlə mübarizə aparacaq:
''Mənim ev tikdiyim torpaq sahəsi Nizami rayonu ərazisində olsa da, söküntünü Suraxanı rayonu aparıb. Axı niyə? Çünki mənim torpağımda Bakının meri Hacıbala Abutalıbovun gözü var idi. Məhz söküntü əmrini icra edən də elə onun həm qohumu, həm də köməkçisi olan Vüsal İdris oğlu Cəfərovdur''.
E.Hüseynov söhbətə ilk olaraq H.Abutalıbovun onun törpağına necə gözü düşməsindən başladı: ''Mənim torpağım Nizami və Suraxanı rayonlarının sərhəddində yerləşir. Dəqiq ünvan Nizami rayonu, Şərq küçəsi 40/85-dir. Artıq 17 ildir həmin ünvandakı 27 sot torpağı Nizami rayon bələdiyyəsindən icarəyə götürmüşük. Hər il də buna görə dövlət rüsumu ödəyirəm. Hər şey normal idi, problemlər 8 ay bundan qabaq başladı. O vaxtdan ki, Hacıbala Abutalıbov şair Rüstəm Behrudinin qardaşı İlham Behrudigilə qonaq gəlmişdi. Həmin vaxt mənim torpağıma gözü düşüb, İlham Behrudi ilə torpağımın ətrafında xeyli gəziblər və Hacıbala müəllim deyib ki, bu torpaqdan xoşum gəlir. Və beləcə torpağıma müştəri çıxdı''.
Evi uçurulan şikayətçi deyir ki, dünən Bakı şəhər və Suraxanı rayon İcra hakimiyyətinin, polis əməkdaşları iştirakı ilə evi uçuruldu, hamilə həyat yoldaşı küçəyə atıldı, söyülüb-təhqir olundu:''Bu haqsızlığa dözmədim, özümü doğradım. Bu işlərin başında Hacıbala müəllim dayansa da, işi həyata keçirən onun köməkçisi Vüsal Cəfərovdur. Ağ Lexus-la gəlib baş verənlərə maşından tamaşa edirdi. Evi uçurdub getdilər, indi də Suraxanı icra hakimiyyətindən zəng edərək bizi susdurmaq üçün dilə tuturlar''.
E.Hseynov bildirdi ki, evi qanunsuz uçurulub. İş məhkəmədə olub və qərar verilib ki, həmin torpaq sahəsində nə tikinti, nə də söküntü aparıla bilməz. Məhkəmə qararını isə məmurlar heçə saydılar.
''Bu torpağı bizdən almaq üçün nə qədər dona girdilər. İlk olaraq Nazim adlı şəxs BMW X6 ilə gələrək dedi ki, guya torpaq sahəsi onundur. Əlində bir sənədi kənardan göstərdi, amma bilmədik nə sənədidir və kim verib. Sentyabrın 23-də Nazim butulkanı sındırıb xalam oğlunun boğazını yaraladı. Həmin vaxt 276 dəfə 102 xidmətin yığsaq da, əhəmiyyət verən olmadı. Sonradan məlum oldu ki, özünü Nazim kimi təqdim edən şəxs Şirin Rəhman oğlu Abbasovdur. Həmin Şirin Vüsal Cəfərovun adamıdır. Bundan sonra torpağıma Natiq Kərimxan oğlu Kərimov sahib çıxmaq istədi. O da dedi ki, Şirin kimdi, torpaq mənimdi. Bir müddət də bunlarla münaqişə yaşadıq. Suraxanı polisindəki müstəntiq Anar Məmmədov bir gün gəlib hasarımı uçurtdurdu, sonra da məni hədələdi ki, susmasam cinayət işi başlayıb məni həbs etdirəcək''.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.