XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Erməni əsilli məhkum həbsxanaya köçürüldü - Bakıda

Erməni əsilli məhkum həbsxanaya köçürüldü - Bakıda

Erməni əsilli məhkum həbsxanaya köçürüldü - Bakıda
9-12-2017, 11:20

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanov saxlanıldığı cəzaçəkmə müəssisəsindən həbsxanaya köçürülüb.

Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən apellyasiya şikayəti təmin edilməyib. Cəzaçəkmə müəssisəsinin rəisi M.Ueldanovun həbsxana rejimli müəssisəyə keçirilməsi üçün Xəzər rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə rəisin təqdimatını təmin edib və Mş.Ueldanov Qobustan qəsəbəsində yerləşən həsbxanaya köçürülüb.

Lakin M.Ueldanov bu qərardan apellyasiya şikayəti verərək cəzaçəkmə müəssisəinə qaytarılmasını istəyib. Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında dekabrın 12-də baxılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.