Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
“Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevlə birgə həbs edilənlər - bankın Mərkəzi filialının direktoru Anar Sultanov və Nəqliyyat filialının direktoru Kənan Orucov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun şikayəti ilə baxılıb. Adıçəkilən şəxslər barələrində bəraət hökmü verilməsini istəyiblər.
İlkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Sultanov 7 il 6 ay, K.Orucov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. C.Hacıyevin apellyasiya şikayəti təmin edilməyib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var